Previous Next
Bağla

Osman Gündüz: Azercell-in dövlət şirkətinə çevrildikdən sonra vəziyyəti necə olub?

04-03-2021 18:17
Osman Gündüz: Azercell-in dövlət şirkətinə çevrildikdən sonra vəziyyəti necə olub?
Azercell "dövlətləşəndən" sonra vəziyyəti necə olub ?
 
"Azercell–in prezidenti Vahid Mürsəliyevin ötən ilin yekunu ilə bağlı müsahibəsinə diqqət yetirdim. Qurum hazırda dövlət şirkəti olaraq kifayət qədər ictimai əhəmiyyət kəsb edir. Bu baxımdan hesabat xarakterli müsahibədə xeyli maraqlı, əhəmiyyətli məqamlara toxunulub".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib:
 
Ekspertin sözlərinə görə, Azercell-in rəhbəri 2019-cu ildə başlanan rəqəmsal transformasiya proqramına əsaslanaraq 2020-ci ilin uğurla başa vurulduğunu qeyd edib.
 
"Hazırda 5 milyon abunəçi ilə ölkənin mobil bazarının 49%-nə nəzarət etdiklərini bildirib. Amma müsahibədə həm bir çox ictimai əhəmiyyət kəsb edən sualların cavabını tapa bilmədim, həm də ziddiyyətli məqamlarla rastlaşdım.
 
Bu dövlət şirkətinin rəhbəri ötən il əsas gəlir mənbəyi olan səs trafikinin 14% yüksəldiyini, internet trafikin isə 60% yüksəldiyini qeyd edir. Amma dərhal da təmiz mənfəətin ötən illə müqayisədə cəmi 1% artaraq 102 miln. manat olduğunu vurğulayıb. Trafikin bu qədər artmasının qarşılğında mənfəətin cüzi artımı anlaşılmazdır. Ötən il dövlət şirkəti cəmi 58 miln. investisiya yatırıb. Xatırladıram ki, 2019-cu ildə mənfəət artımı 0.9% olmuşdu".
 
Osman Gündüzün sözlərinə görə, müsahibədə qurumun rəhbəri baza stransiyaların normativlərə və beynəlxalq standartlara uyğun olduğunu bildirib. Lakin bu məlumatın hansı lokal və ya beynəlxalq müstəqil qurumun apardığı monitorinqin nəticəsinə söykəndiyini açıqlamayıb.
 
"Adi gözlə müşajidə etmək olar ki, hazırda bizim mobil sektorda olan əsas problemlərdən biri də baza stansiyalarının harada gəldi quraşdırılmasıdır. Bəzən biz bunları şadlıq evlərin üzərində, məktəblər və uşaq bağçaları yaxınlığında, vətəndaşların həyətlərində, açıq-aşkar normativdən kənar olduğunu müşahidə edirik.
 
Yeri gəlmişkən, bu problem bütün MDB məkanında var, bəzi ölkələrdə radiofobiya halları daha kəskin olduğundan bir sıra baza stansiyaları etirazlar səbəbindən demontaj olunub.
 
Xatırlayıram ki, 2019-cu ildə Azercell-də ciddi kadr dəyişiklikləri olmuşdu, o zaman səriştəsiz kadrların cəlb olunduğu vurğulanırdı. “BARAMA” ondan alınmışdı. Azercell-in kimlər üçünsə “qidalanma mənbəyinə” çevrilə biləcəyi haqqında məlumatlar sızdırılırdı. Qurumun rəhbəri müsahibəsində hazırda şirkətdə sağlam mühitin formalaşdığını diqqətə çatdırıb.
 
Maraqlıdır ki, müsahibədə bu qurumun dövlət şirkətinə çevriləndən sonrakı vəziyyəti, nə zaman özəlləşdiriləcəyi, AzİnTelekom tərkibində Holdinqin idarəetməsinə verilməsi ilə bağlı yaranan situasiya, 5G ilə bağlı gözləntilər və s. ictimai əhəmiyyət kəsb edən məqamlara aydınlıq gətirilməyib.
 
Xatırladıram ki Azercell-in səhmlərinin 51,3%-i NRYTN yanında “AzInTelecom”-a, 42,2%-i Türkiyənin “Cenay İletisim” şirkətinə, 6,5%-i isə Maltanın “FA Invest” şirkətinə məxsusdur. NRYTN 2018-ci ildə Maliyyə Nazirliynin ayırdığı 450 milyon manat vəsaitlə Azercell-in 51,3%-ni Telia Sonera-dan alıb. Ümid edək Hesabat tam açıqlanandan sonra daha ətraflı tanış ola biləcəyik".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Osman Gündüz: Azercell nə üçün gəlirlərini açıqlamadı?

03-03-2020

Azercell Telecom ötən il 100 milyon manat xalis mənfəət əldə edib

28-03-2019

“Azercell Telecom”un mənfəəti artıb

07-03-2020

Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

24-08-2022

Azercell-in gəlirləri nə qədər olub və nə zaman özəlləşməyə çıxarılacaq ?

08-04-2024

Azercell internetin qiymətini 20 faiz qaldırdı

06-08-2018

“Azercell” ötən il 129 milyon manata yaxın xalis mənfəət əldə edib - Hesabat

13-07-2023

Azercell 2019-cu ildə rebrendinq edəcək

04-12-2018

Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

20-02-2024

Azercell dövlət şirkəti özəlləşdiriləcəkmi ?

24-01-2024

“Azercell telekommunikasiyanın inkişafına 68 milyon manat vəsait ayırıb”

24-02-2016

Azercell ASAN imza tariflərini qaldırır

18-07-2018

“Azercell-in mobil bazarda payı 48 faizdir”

22-02-2017

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

04-04-2023

Televiziyaların reytinqini kim necə ölçür və nəticələr ağlabatan olacaqmı?

03-04-2023

bp-Azerbaijan-ın Azercell-dən imtina etməsinin səbəbi nədir?

28-08-2009

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

Azercell telekommunikasiya sahəsinə 1 milyarddan çox yatırım edib

22-02-2017

İRİA nə zaman ötən ilin hesabatını verəcək?

13-02-2024

“Azərbaycan prezidenti “Azercell” şirkətinə 3G lisenziyasının verilməsinə dair göstəriş verib”

24-11-2010

"Azercell Telecom" şirkətinin gəlirləri və xalis mənfəəti artıb

11-05-2023

Ekspert Azercell-in açıqlamasına münasibət bildirib

05-07-2019

Ekspert: Daha çox hansı mobil operatordan imtina edilib?

10-01-2025

"Azercell"in LTE şəbəkəsinin əhatə dairəsi 85 faizi ötüb

25-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə