“Azərbaycan” və “Yeni Azərbaycan” qəzetlərində Ramiz Mehdiyevin məqaləsi müzakirə olunub

08-10-2009 / 09:25

6 oktyabr tarixində “Azərbaycan” və “Yeni Azərbaycan” qəzetlərində dəyirmi masa keçirib. Hər iki tədbir Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin oktyabrın 4-də “Azərbaycan” qəzetində dərc olunan “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsinə həsr olunub.

“Yeni Azərbaycan” qəzetində təşkil olunan dəyirmi masada Milli Məclisinin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva, İctimai Televiziya və Radio Yayım Şirkəti Şurasının sədri Cahangir Məmmədli, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, telejurnalist Qulu Məhərrəmli, Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, Milli Televiziya və Radio Yayım Şurasının üzvü Aslan Xəlilov iştirak ediblər. Tədbir iştirakçıları televiziyaların proqram siyasəti, peşəkarlığı, teleradio qanunvericiliyi  və s. məsələləri müzakirə ediblər.

“Azərbaycan” qəzetində təşkil olunan, qəzetin baş redaktoru Bəxtiyar Sadıqovun apardığı dəyirmi masada isə deputatlar Rəbiyyət Aslanova, Fəzail İbrahimli, Zahid Oruc, Aydın Mirzəzadə, Fazil Mustafa, Cəmil Həsənli, televiziya mütəxəssisləri Qafar Cəbiyev, Qulu Məhərrəmli, kinoşünas Cəmil Quliyev, jurnalist Vüsalə Mahirqızı, xanəndə Mənsum İbrahimov, AzTV və İTV kanallarının təmsilçiləri Sadıq Elcanlı və Füzuli İsmayılov iştirak ediblər.

ATV-dən dəyirmi masada teleşirkətin vitse-prezidenti Natiq İbrahimovun iştirakı planlaşdırılsa da, kanalın rəhbərliyi son anda tədbirdə iştirakdan imtina edib.

"Media forum" saytı xəbər verir ki, tədbirdə R.Aslanova milli-mənəvi dəyərlərin televiziyalarda necə qorunduğu barədə fikirlərini açıqlayıb. F.İbrahimli, Z.Oruc, A.Mirzəzadə, F.Mustafa, C.Həsənli, V.Mahirqızı əsasən şou proqramlarından, əyləncə və şou proqramlarını necə görmək istədiklərindən danışıblar. Q.Cəbiyev teleradio yayımının uğurları və əhatəsi, kanallar qarşısında müəyyənləşən vəzifələrdən, onların bu vəzifələri necə icra etməsindən, Q.Məhərrəmli televiziyaların proqram siyasətindən, televiziyalarda ənənə və novatorluqdan, C.Quliyev özəl telekanallarda gedən bədii filmlərdən, dublyajların səviyyəsindən, S.Elcanlı televiziya aparıcılığından, F.İsmayılov şou-biznesdən, onun fəaliyyətinin tənzimlənməsi qaydalarından, M.İbrahimov isə mahnı müsabiqələrindən söz açıb.

Dəyirmi masanın iştirakçıları mövzu ətrafında çıxış edərkən R.Mehdiyevin məqaləsinə istinad ediblər, onun yazısında toxunulan məsələlərə münasibət bildiriblər.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR







sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə