Sony-nin rəsmi Sonystyle internet-mağazasında şirkətin ilk netbuku – Vaio P modeli haqqında məlumat yerləşdirilib.
Çox güman ki, yaponiyalı istehsalçı CES 2009 sərgisində noutbuk sahəsində dönüş yaradacaq portativ kompüterin təqdim olunacağını bildirərkən məhz bu məhsulu nəzərdə tuturdu.
Sony VAIO P 8 düymlü, 1600x768 piksel təsvir dəqiqlikli və işıq diod altlıqlı displeylə təchiz olunub.
Yeni modelin əsasını 1,33 QQs tezliyində işləyən Intel prosessoru təşkil edir. Netbukda həm 60 Qb-dək sərt disk, həmdə 128 Qb-dək SSD-toplayıcı quraşdırıla bilər. Həmçinin qurğu Bluetooth və Wi-Fi, eləcədə alıcının istəyi ilə 3G modulları ilə təmin oluna bilər.
VAIO P Windows Vista Home Premium və ya Vista Home Basic əməliyyat sistemləri ilə işləyir. Sony şirkətinin yeni məhsulunun qiyməti barədə məlumat yoxdur. Onun satışı çox güman ki CES-2009 sərgisindən sonra həyata keçiriləcək, www.compulenta.ru yazır.
xeberler.az/Ellada
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri