Tramp: “Amerikanın Səsi” fəaliyyətini dayandırmalıdır

26-06-2025 / 09:17

ABŞ prezidenti Donald Tramp hesab edir ki, “Amerikanın səsi” radiostansiyası fəaliyyətini dayandırmalıdır.

Xeberler.az məlumat verir ki, Donal Tramp bu haqda öz “Truth” hesabında yazıb.

"Respublikaçılar niyə demokratların ruporu olan “Amerikanın Səsi”nin mövcudluğunu davam etdirmək istəyirlər? Bu, solçular üçün tam bir fəlakətdir. Heç bir respublikaçı radiostansiyanın saxlanmasına səs verməməlidir. Bitsin!", - Tramp yazıb.

Qeyd edək ki, martın 14-də Tramp ABŞ hökumətinin televiziya və radioda xarici siyasət təbliğatına cavabdeh olan Qlobal Media Agentliyinin (USAGM) fəaliyyət dairəsinin azaldılması haqqında sərəncam imzalayıb.

Qurum xüsusilə, dövlət tərəfindən maliyyələşdirilən “Azad Avropa/Azadlıq” radiosu və “Amerikanın səsi” radiostansiyalarının işini koordinasiya edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə