Tramp “iPhone” istehsalının ABŞ-a köçürülməsini tələb edib

23-05-2025 / 17:32

Prezident Donald Tramp “Apple” şirkətindən “iPhone” istehsalını ABŞ-a köçürməyi tələb edib, əks halda tariflər tətbiq edəcəyi ilə hədələyib.

Xeberler.az məlumat verir ki, Tramp bunu “Truth” sosial şəbəkə hesabında yazıb.

“Mən Tim Kuku (“Apple” şirkətinin baş direktoru) çoxdan xəbərdar etmişəm ki, Birləşmiş Ştatlarda satılan “iPhone”lar Hindistanda və ya başqa yerdə deyil, ABŞ-da istehsal edilməli və yığılmalıdır. Əgər belə olmasa, “Apple” ABŞ-a azı 25 faiz tarif ödəməli olacaq”, - deyə Donald Tramp bildirib.

Hazırda qlobal “iPhone” istehsalının təxminən 18 faizi Hindistanın payına düşür. İstehsalda Çinin payı isə 75 faizdən çoxdur. “Bloomberg” agentliyinin məlumatına görə, “Apple” martda başa çatmış 2024-2025-ci maliyyə ilində Hindistanda 14 milyard dollar dəyərində “iPhone” istehsal edib ki, bu da onun ümumi istehsalının təxminən 14 faizini təşkil edir.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə