“Trend”in 15 yaşı tamam oldu

04-10-2010 / 23:05

15 yaşı tamam olur. Ölkənin aparıcı agentliklərinin sırasında dayanan Trend 15 yaşını Bakı Əyləncə Mərkəzində qeyd edib.

Trend İnformasiya Agentliyinin Azərbaycan redaksiyasının rəhbəri Emil Hüseyinlinin  verdiyi məlumata görə, təmsil etdiyi qurum bu günədək necə operativ işləyibsə, bundan sonra da bu missiyasını davam etdirəcək: “Bundan sonra da bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Çalışacağıq ki, bütün oxucularımızın inamını daha da artıraq. Həmişə öndə gedək və Qarabağın ermənilərdən azad olunması xəbərini ilk olaraq biz verək”.

Qeyd edək ki, 1995-ci ildə Azərbaycanda yaradılmış Trend İnformasiya Agentliyi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür. Trend Azərbaycan, Qafqaz və Mərkəzi Asiyada iri xəbər agentliklərindən biridir. Agentliyin Rusiya, Gürcüstan, Ukrayna, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Türkiyə, Əfqanıstan, İran, Fransa, Belçika və Avstriyada müxbirləri var. Trendin tərəfdaşları sırasında Dow Jones, Deutsche Press Agentur (Almaniya), Xinhua (Çin), Cihan (Türkiyə), Mehr (İran), RİA Novosti, RosBusinessConsulting (Rusiya), Afghan Voice Agency (Əfqanıstan), Kavkaz-press (Gürcüstan), Belarus Teleqraf Agentliyi, “Hovar” Tacikistan Dövlət Agentliyi, “Ukrinform” Ukrayna Dövlət Agentliyi və digər strukturlar var. Hazırda bir çox ölkələrin dövlət və iri müstəqil agentlikləri ilə müqavilələr imzalanma mərhələsindədir. Agentlik gün ərzində beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində 500-ə yaxın xəbər dərc edir. Agentliyin nəzdində Trend News, Trend Capital, Trend Multimedia, Trend Life kimi portalları fəaliyyət göstərir.

Biz də həmkarlarımızı yubiley münasibəti ilə təbrik edirik.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə