Previous Next
Bağla

Türkiyədən gətirtdiyimiz 10 dollarlıq mala görə gömrükdə 125 manat ödəniş etmişik

11-02-2019 10:10
Türkiyədən gətirtdiyimiz 10 dollarlıq mala görə gömrükdə 125 manat ödəniş etmişik

"Azərbaycan Arıçılıq Assosiasiyasının avadanlığından birinin sensoru yanmışdı. Bakıda satışda olmadığı üçün Türkiyədən sifariş verdik, cəmi 10 dollarlıq (17 manatlıq) bir əşya idi. İki gün əvvəl nümayəndəmiz onu götürmək üçün səhər saat 10:00-da hava limanına getdi və saat 16:00-da əsəbi halda qayıtdı. Həmin avadanlığa görə 125 manat alınıb".

Xeberler.az  bildirir ki, Report-un məlumatına görə bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birlikdə keçirdiyi “Biznes islahatları” mövzusunda seminarda Azərbaycan Arıçılıq Assosiasiyasının sədri Bədrəddin Həsrətov deyib.

"Deməli, 10 dollarlıq bir kabelə görə ödənilən 125 manatın 95 manatı rüsum, 30 manatı isə 3 gün anbarda qaldığı üçün ödənişdir. Məni narahat edən odur ki, nümayəndəmiz az qalırdı infarkt keçirsin, əsəbdən danışa bilmirdi, dərman verdik özünə gəldi", - sədr əlavə edib.

Tədbirdə iştirak edən Dövlət Gömrük komitəsinin (DGK) əməkdaşı bunun araşdırılacağını bildirib.

Onun sözlərinə görə, bağlama poçt göndərişi ilə şirkətin adına gəlib, amma şəxsin öz istifadəsi üçün olsaydı, ünvana göndərilərdi: 

"İkincisi hər hansı ödənişlər varsa, deməli, siz bağlamanı 3 - 4 gün saxlamısınız, ona görə terminal ödənişləri etmisiniz. Bilirsiniz ki, biz karqo terminalında xidmət göstəririk. Müvafiq proseslərin gömrük xidmətinə aidiyyatı yoxdur. Gömrük orqanı ilə sizin əməliyyatlarınız təxminən 30-40 dəqiqə çəkə bilərdi. Amma bu məsələni araşdıracam. Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) vasitəsilə vətəndaşın nə vaxt yaxınlaşdığı, sənədləri nə zaman təqdim etdiyi və başqa əməliyyatlar qeydə alınır".

"Neuron Technologies" şirkətinin direktoru, ASK-nın rəyasət heyətinin üzvü və İKT komissiyasının sədri İsmayıl Ələkbərov da sahibkar həmkarına dəstək verərək bu cür problemlərin olduğunu qeyd edib: 

"Biz ASK-da yüzlərlə, minlərlə sahibkarın Dövlət Gömrük Komitəsilə bağlı problemləri ilə qarşılaşırıq. Ümid edirəm, bundan sonra həmin problemlər olmayacaq. Amma bu məsələlərə ciddi yanaşmalıyıq. Gördüyünüz kimi 10 dollarlıq əşyaya 125 manat ödəniş edilib. Mən əminəm ki, bu gömrük rüsumu deyil. Biz də oxşar problemi yaşamışıq. Hansısa avadanlıqlar gəlib, bütün tələb olunan sənədləri, hətta müqaviləni Azərbaycan dilinə tərcümə edib göndərmişik ki, əngəl yaradılması üçün heç bir əsas olmasın. Təsəvvür edin ki, avadanlıq gətirilir, əməkdaşlarımız gedir ki, gömrük prosedurlarını keçsin, orda min cür bəhanələr başlayır.

Biz bunu qiymətləndirməliyik, razılaşırıq. İkinci gün adamları tapa bilmirik. 3-4 gün keçəndən sonra deyirlər ki, məhsulun bu qiymətə olmasına şübhə edirik. Niyə bu qiymətə almısız? Deyirəm ki, biz onların pərakəndə distrübutoruyuq, ona görə də ucuz alırıq. İnanın, insani faktorlara görə, bu proseslər 5-6 gün gedir. Bunun nəticəsində başqa proseslər başlayır. İcazə vermirlər ki, mən başqa nəqliyyat vasitəsi ilə malı göndərim başqa yerə. Məcbur edirlər ki, mal mütləq bura boşalmalıdır. Bu, Gömrük Komitəsinin deyil, "Silk Way" və başqa qurumların problemləridir. Həmin prosedurlar elə də ucuz deyil, bu da məhlusun maya dəyərini artırır. Komitə deyir bizlik deyil, amma izah etmir ki, niyə dəyərləndirmə bu qədər uzanır".

DGK rəsmisi isə sahibkara cavabında bildirib ki, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” işə düşəndən sonra problemlər olmayacaq.

 

 
 
 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Gömrük Komitəsindən Azərpoçt-a İTTİHAM

Gömrük Komitəsindən Azərpoçt-a İTTİHAM

28-09-2018
Milli Məclis: Niyə İKT sahəsinə güzəştlər təklif etməmişik?

Milli Məclis: Niyə İKT sahəsinə güzəştlər təklif etməmişik?

19-12-2022
Vüsal Kərimli dayanma-durmaya görə sərt cəza istəyir

Vüsal Kərimli dayanma-durmaya görə sərt cəza istəyir

07-11-2018
DGK sədri “Temu” platforması ilə bağlı məsələyə aydınlıq gətirib

DGK sədri “Temu” platforması ilə bağlı məsələyə aydınlıq gətirib

29-04-2026
Nazir müavini: "Startapçı üçün ekosistem vacib amillərdən biridir"

Nazir müavini: "Startapçı üçün ekosistem vacib amillərdən biridir"

28-01-2022
İKT sahəsi ilə bağlı  komissiya yaradılıb

İKT sahəsi ilə bağlı komissiya yaradılıb

26-02-2016
AMB NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsinə münasibət bildirib

AMB NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsinə münasibət bildirib

06-05-2026
Ölkədə internet istifadəsində yaranan problemlər

Ölkədə internet istifadəsində yaranan problemlər

06-10-2018
Yeni  İKT komissiyası yaradılıb-Foto

Yeni İKT komissiyası yaradılıb-Foto

18-04-2016
Tenderlərin 90 faizində qaliblər əvvəlcədən məlum olur

Tenderlərin 90 faizində qaliblər əvvəlcədən məlum olur

13-02-2019
“ASAN xidmət-in praktikası bütün yerlərdə tətbiq edilməlidir”

“ASAN xidmət-in praktikası bütün yerlərdə tətbiq edilməlidir”

13-10-2015
"Açıq Bankçılıq" üzrə maksimum köçürmə limiti açıqlanıb

"Açıq Bankçılıq" üzrə maksimum köçürmə limiti açıqlanıb

14-05-2026
Çəkidə aldadan internet şirkətləri

Çəkidə aldadan internet şirkətləri

10-07-2019
Mərkəzi Bank fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək

Mərkəzi Bank fişinq hallarına qarşı yeni sistem tətbiq edəcək

04-03-2026
Bölgələrdə internet niyə yaxşı deyil? – Açıqlama

Bölgələrdə internet niyə yaxşı deyil? – Açıqlama

11-10-2017
Mobil telefonlar bahalaşa bilər

Mobil telefonlar bahalaşa bilər

20-06-2018
Əli Abbasov:"Biz istəyirdik "Aztelekom"u yerli sahibkarlar özəlləşdirsin"

Əli Abbasov:"Biz istəyirdik "Aztelekom"u yerli sahibkarlar özəlləşdirsin"

21-06-2022
"Səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır"

"Səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır"

12-08-2022
‘İnternetə, sosial şəbəkələrə qadağaya heç bir ehtiyac yoxdur’

‘İnternetə, sosial şəbəkələrə qadağaya heç bir ehtiyac yoxdur’

13-03-2013
Müdafiə Nazirliyindən ermənilərin xaker hücumu iddiasına cavab

Müdafiə Nazirliyindən ermənilərin xaker hücumu iddiasına cavab

24-04-2015
Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir...

Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir...

16-05-2020
Telekanallarımızın fəaliyyətə niyə narazılıq doğurur?

Telekanallarımızın fəaliyyətə niyə narazılıq doğurur?

05-10-2009
İnternetlə «.az» domeni almaq niyə mümkün deyil?

İnternetlə «.az» domeni almaq niyə mümkün deyil?

18-02-2011
“Asan imzanı belə gördüm”- Azər Həsrət

“Asan imzanı belə gördüm”- Azər Həsrət

20-10-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə