Previous Next
Bağla

Nazir müavini: "Startapçı üçün ekosistem vacib amillərdən biridir"

28-01-2022 13:48
Nazir müavini: "Startapçı üçün ekosistem vacib amillərdən biridir"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda startapların aktivliyinin zəif olması səbəblərini araşdırır.

Xeberler.az-ın məlumatına görə, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib ki, ekosistem olmasa startapçı ölkəni tərk edəcək.

“Niyə insanlar Pirallahı Sənaye Parkına getmirilər?! Oranı 40 hektar deyil, 100 hektar da etsək getməyəcəklər. Çünki orada ekosistem yoxdur. Deməli biz yalnız bir məkana bağlamaqla deyil, çalışıb bütövlükdə ekosistemi düzgün qurmalıyıq. Bu gün startapçının yaratdığı məhsul hansı real sənaye ilə bağlıdır? Ekosistem olmasa startapçı ölkəni tərk edəcək.

Onu qeyd edim ki, bu sahədə qanunvericilik paketi hazırdır. Biz hesab edirik ki, startap yalnız bir məkana bağlı olmamalıdır. Bəzən deyirik ki, texnoparkdısa ancaq burada oturmalısız. Bəs eyni şərtlərlə digər məkanda fəaliyyət göstərmək mümkündürmü?”, - nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, startapın ilk mərhələsində onun nə olacağını heç özləri də bilmirlər: "Deməli, burda risk varsa bu mütləq vençur maliyyələşmə üsulu ilə həyata keçirilməlidir.

Artıq Azərbaycanda Vençur fondunun yaradılması və “Vençur haqqında” qanunun hazırlanması üzərində iş gedir. Təkcə 2021-ci ildə biz dəfələrlə oxşar təşəbbüslərlə çıxış etmişik. Amma onu deyim ki, bu bir ilə sığışan məsələlər deyil. Əgər təşkilatlanmanı da nəzərə alsaq biz yalnız 7-8 aydır ki, bu məsələlərlə məşğul ola bilmişik. Amma bu miqyasda məsələ ciddi qurumlararası koordinasiya tələb edir. Biz bütün dövlət və özəl sektor oyunçuları ilə sıx əməkdaşlıq edirik və bu iş birliyinin uğuruna inanırıq".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vençur fondlarının sayı artırılacaq-Nazirlik

16-12-2022

Radiotezliklərin istifadəsinə dair yeni tarif metodikası hazırlanıb

27-01-2022

Nazir açıqladı-Startaplarla bağlı əhəmiyyətli yeniliklər olacaq

29-11-2022

Azərbaycanda vençur kapital fondu yaradılıb

29-11-2022

Vençur maliyyələşmə şirkətinin təsis edilməsinə dair müqavilə imzalanıb

29-09-2025

Nazir: Vençur kapital fondunun yaradılması bütün problemləri həll etmir

29-11-2022

Nazir: "Azərbaycanda son illərdə internetin sürəti 6 dəfə artıb"

29-09-2025

İkinci vençur kapital fondu yaradılması istiqamətində işlər görülür

01-12-2023

Fariz İsmayılzadə: Azərbaycanda hər kəsin töhfə verəcəyi ekosistem yaradacağıq

17-10-2024

Deputat elektron mühasibat uçotuna dair tələblərin sərtləşdirilməsinin əleyhinə çıxıb

13-10-2023

Nazir müavini: "Azərbaycanda İKT sahəsində ciddi mütəxəssis qıtlığı var"

19-12-2022

İRİA: "Startapların maliyyəyə əlçatanlığında çətinliklər var"

02-02-2026

"Vençur maliyyələşməsi ilə bağlı qanunvericilikdə hər hansı bənd yoxdur"

29-11-2022

İMEİ kodların saxtalaşdırılması ilə mübarizə sərtləşdiriləcək

28-01-2022

2-ci vençur fondun məqsədləri açıqlanıb

06-03-2023

Rəqəmsal Transformasiya Mərkəzi startaplara inkişaf üçün platforma təklif edir - Mikayıl Cabbarov

27-06-2024

Startapların inkişafı ilə bağlı hökumətə təqdim ediləcək təkliflər paketi yekunlaşır

07-08-2015

İnarə Vəliyeva: Apreldə "Mygov" platformasının yeni versiyasının istifadəyə verilməsi planlaşdırılır

11-03-2024

Samir Məmmədov: Yeni data mərkəzlərin inşası üzərində işləyirik

03-06-2025

Ekspert: Startap şəhadətnamələri və ekosistemin hazırki vəziyyəti necədir?

11-09-2021

Nazir müavini: Biz Azərbaycanda innovasiya üçün yeni platforma açırıq

28-04-2026

Azərbaycanda yeni vençur fondu yaradılacaq

02-03-2023

Nazir müavini: Azərbaycan əhalisinin 85 faizi internetdən istifadə edir

02-12-2021

Ekspert: Vençur fondlar haqqında qanun nə zaman qəbul olunacaq?

14-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə