3D Touch hansı tətbiqlərdə istifadə edilə bilir?

14-11-2015 / 10:55

Məlumat verdiyimiz kimi, bu il  Apple iPhone 6s və iPhone 6s Plus smarfonlarını təqdim etdi.

Qeyd edək ki, yeni iPhone-lar  3D Touch xüsusiyyətindən istifadə imkanına da malikdir. 

Xeberler.az olaraq yeni iPhone 6s və iPhone 6s Plus-da 3D Touch funksiyasınından istifadəni təmin edə bilən tətbiqlərin bəzilərini təqdim edirik:

Foursquare

Foursquare   iPhone 6s və iPhone 6s Plus bazara çıxmamışdan  əvvəl  yeniləmə ilə  bu ağıllı telefonların 3D Touch ekranını dəstəkləməyə başladı. Belə ki, istifadəçilər Foursquare tətbiqi işarəsinə yüngülcə klikləyərək  Quick Actions menyusundan axtarış etmə, yazılan məkanları görmə və ya son göstərilən məkana baxma  imkanınından istifadə edə bilir.

Dropbox

Dropbox tətbiqin daxilində bir fotoşəkilin ilk ön izləməsini PDF və oxşar fayllar üçün də tətbiq edə bilərsiniz. Həmçinin Files nişanı içində, hər hansı bir qovluğun içindəkiləri də Peek, yəni yüngül klikləmə hərəkətiylə ön izlənilə bilər. Tətbiq vasitəsilə axtarış, ən son əlavə edilmiş sənədə baxmaq,  şəkil yükləmə və ya offlayn fayllara çatma kimi imkanlardan istifadə mümkündür.

Evernote

Ən məşhur qeydə alma və vəzifə icra edən  tətbiqlərindən Evernote ilə  iPhone 6s və iPhone 6s Plus-larda 3D Touch-ın imkanlarından faydalanmaq mümkündür. Quick Actions xüsusiyyəti vasitəsilə Evernote ana ekran işarəsini yüngülcə kilikləyərək yeni qeyd yaza bilər, yaddaş qura, şəkil çəkə bilərsiniz. Tətbiqdə qeydlər, veb saytı əlaqələri, Work Chat-lar kimi məzmunların ön izləməsini barmağınızı ekrana yüngülcə sıxaraq reallaşdıra bilərsiniz.

Twitter

Twitter tətbiqi 3D Touch-ın Quick Actions xüsusiyyəti köməyilə ana ekran üzərindən Twitter-də axtarış, yeni tweet və yeni mesaj kimi funksiyalara sürətli şəkildə daxil olmağı təmin edir.

Shazam

 

Shazam-da 3D Touch xüsusiyyəti çox rahat olur. Belə ki, Shazam işarəsinə yüngülcə klikləyəcəyiniz təqdirdə dərhal Shazam-lama etmənizi təmin edən "Shazam Now" variantını ən başda görəcəksiniz.

Instagram

 

Instagram 3D Touch-ın "peek" və "pop" əməliyyatlarını dəstəkləyən ilk tətbiqlərdən biridir. Tətbiq içində hər hansı bir profil səhifəsində yer alan kiçik fotoşəkillərə klikləyərək bu fotoşəkillərin ön izləməsini  edə bilərsiniz.  Bununla yanaşı , Quick Actions menyusu sayəsində ana ekranda Instagram işarəsini sıxaraq yeni qeydləri, hərəkətləri görmə, axtarış və “direct”  kimi tez-tez istifadə olunan Instagram funksiyalarına keçid edə bilərsiniz.

Handle

 

E-poçt, təqvim və  görüləcək işləri siyahısını  bu  proqamlara tərtib edə bilərsiniz. Handle tətbiqi iPhone 6s və iPhone 6s Plus-da 3D Touch köməyilə ana ekranda tətbiq işarəsi üzərindən  edəcəyiniz işlərin  siyahısı, yeni fəaliyyət və ya e –poçt yaratma imkanı verir.

Facebook

 

Facebook tətbiqi də bu ağıllı telefonlarda  oktyabr ayından aktiv istifadəyə verildi.  Artıq 3D Touch xüsusiyyətini dəstəkləməyə başladı. Yeni qeydləri yazma, şəkil və ya video yükləmə, fotoşəkil və ya video çəkmə kimi funksiyalara birbaşa Facebook tətbiqi üzərindən sürətli şəkildə əldə edə bilərsiniz.

Sky Guide

Axtarış menyusunu araşdırarkən Peek və Pop xüsusiyyətlərini istifadə edərək hər hansı bir yazının sürətli şəkildə ön izləməsini edə bilərsiniz. Ana ekran işarəsini yüngülcə klikləyərək “bəyənilənlər”, “axtarış” və “parametrlər” kimi tətbiq hissələrinə dərhal keçid edə  bilərsiniz.

Pinterest

Pinterest tətbiqində 3D Touch-dan istifadə birbaşa ana ekranda Pinterest üzərindən məşhur lövhələrdə naviqasiya və yeni bir lövhə yaratmaq kimi funksiyalara keçid edə bilərsiniz. Hər hansı bir fotoşəkilə kliklədiyiniz zaman “dürtmələ”, “bəyən” və “göndər” kimi vasitələrə keçid edə bilərsiniz. Qeyd edək ki, bu funksiyalardan 3D Touch xüsusiyyətinə sahib olmayan iPhone 6 və ya iPhone 6 Plus-da da edə bilərsiniz.

Genius Scan

 

iPhone 6s və iPhone 6s Plus ilə sənəd axtarma imkanı təqdim edən Genius Scan tətbiqi 3D Touch ilə ana ekranda kamerayla axtarma, fotoşəkillərdən axtarma, BULUD-dan  sürətli axtarma kimi  imkanı verir.

WeChat

 

Çinin ən məşhur mesajlaşma tətbiqi olan və müəyyən bir istifadəçi kütləsi olan WeChat tətbiq içində hər hansı bir söhbət sətirinə yüngülcə klikləyərək ümumi söhbətin qısa məzmununu, nələr danışıldığına sürətli bir baxış atmaq fürsəti təqdim edir. Tətbiq üzərindən yeni söhbətə başlamaq və ya QR kodunu sürətlə almaq mümkün olur. Eyni zamanda , WeChat söhbətləri işinizə maneə olmamaq üçün 3D Touch-dan istifadə edərək WeChat-ı bir saatlıq deaktiv etmək imkanına malikdir.

Swarm

 

Populyar  məkan bildiriş tətbiqi Swarm da son günlərdə gələn yeniləmə ilə birlikdə iPhone 6s və iPhone 6s Plus sahiblərinə ana ekran üzərindən birbaşa  olduğunuz yeri təqdim (check-in) etmə imkanı yaradır.

Feedly

Məşhur RSS oxucu tətbiqi Feedly keçdiyimiz günlərdə gələn son yeniləmə ilə birlikdə Quick Actions dəstəyini gətirdi. Beləliklə, iPhone 6s və iPhone 6s Plus  istifadəçiləri “ana ekran” işarəsini yüngülcə klikləyərək Today, Must Reads, Saved for Later və Explore kimi Feedly-nin ən tez-tez istifadə hissələrinə sürətli şəkildə çata bilir.

WhatsApp

WhatsApp tətbiqi iPhone 6s və iPhone 6s Plus yeniləmə ilə birlikdə 3D Touch xüsusiyyətini dəstəkləməyə başladı. Fotoşəkillərin, videoların, əlaqələrin, kontaktı və ya mövqe paylaşımlarınızın üstünə yüngülcə klikləyərək onları ön izləmək, daha da çox sıxaraq tamamilə açmaq mümkün olur. Bu vaxt ana ekranda WhatsApp üzərindən məzmun axtarışı edilə və ya yeni bir söhbət də  başlanıla bilər.

Ruhəngiz Muradova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə