Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı, Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Mingəçevir Dövlət Universitetinin əsas tərəfdaşlığı ilə iyulun 6-dan 11-dək Mingəçevirdə keçirilən V “Cyber Summer School 2026” kiber düşərgəsinin bağlanış mərasimi keçirilib.
Xeberler.az məlumat verir ki, bağlanış mərasimində çıxış edən AKTA İdarə Heyətinin sədri Pənah Musayev və Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov düşərgənin kibertəhlükəsizlik sahəsində gənc mütəxəssislərin hazırlanmasına verdiyi töhfələrdən bəhs edərək, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Ardınca düşərgə iştirakçılarına və təşkilati prosesdə fəal iştirak edən könüllülərə sertifikatlar təqdim olunub. Eyni zamanda, düşərgənin həyata keçirilməsinə verdikləri dəstəyə görə tərəfdaş və sponsor qurumlara təşəkkürnamələr verilib.
Bağlanış mərasimində ənənəvi Capture The Flag (CTF) kibertəhlükəsizlik yarışının qalibləri də elan olunub. Yarışda ən yüksək nəticə göstərən komandaların mükafatlandırılması həyata keçirilib. Birinci yerin qaliblərinə hədiyyələr "CrowdStrike" və "Techpro" şirkətləri, ikinci yerin qaliblərinə "B&B Security" şirkəti, üçüncü yerin qaliblərinə isə "Azercell Telekom" tərəfindən təqdim olunub. Bununla yanaşı, AKTA-nın qızıl üzvü olan "Code" MMC tərəfindən düşərgə çərçivəsində keçirilən təlimlərdə yüksək nəticələri ilə fərqlənən 5 iştirakçıya və təşkilati prosesdə fəallığı ilə seçilən 2 könüllüyə ödənişsiz təlim kuponları təqdim edilib.




























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları