Previous Next
Bağla

Vətəndaş-məmur münasibətində yeni mərhələ: elektron müraciət

27-02-2013 16:51
Vətəndaş-məmur münasibətində yeni mərhələ: elektron müraciət
2013-cü il ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilib. Artıq bu sektor ölkəmizdə ən prioritet sahələrdən biri hesab edilir.
 
Bu baxımdan vətəndaş-məmur münasibətlərində də informasiya-kommunikasiya texnologiyalarından istifadə qaçılmaz görünür. Ekspertlərin fikrincə, ölkəmizdə yeni olan bu sistem məmur süründürməçiliyinin və korrupsiyanın qarşısının alınmasında mühüm rol oynayacaq, vətəndaşların informasiya mübadiləsi, ünsiyyət texnologiyasının yaradılması, dövlətin qəbul etdiyi qərarlara təsiri və onlara müdaxiləni asanlaşdıracaq.
 
Bəs hazırda ölkəmizdə dövlət qurumlarına elektron müraciət hansı səviyyədədir? Vətəndaşlarımız buna maraq göstərirlərmi, dövlət qurumlarımız hazırdırlarmı? Apardığımız monitorinqlərin nəticələri göstərir ki, mərkəzi dövlət qurumlarının əksəriyyətində elektron müraciət üçün imkanlar var.
 
İstənilən şəxs vaxt itirmədən, iş başında şikayət və müraciətlərini rahat şəkildə istədiyi dövlət qurumuna ünvanlaya bilər. Bunun üçün hər hansısa məbləğ də ödəməyə ehtiyac yoxdur. Bununla vətəndaş öhdəsinə düşəni edərək, qarşı tərəfə onu narahat edən məsələ barəsində məlumat ötürür. Şikayətçinin məsələsinə baxılıb-baxılmaması isə yenə də məmurun öz vicdanına qalır.
 
Elektron müraciətin əsas üstünlüklərindən biri də odur ki, vətəndaş işini həll etmək üçün rüşvət vermək məcburiyyətində qalmır. İndiyədək narazı tərəf şikayətinə baxılması üçün dövlət qurumuna müraciət edərkən, bəzən bir xeyli gözləməli olur, hətta işini yüngülləşdirmək üçün “hörmət” qarşılığında məsələsini növbədənkənar həll edirdi. Aydındır ki, məmura və işin böyüklüyünə görə “qiymətlər” də dəyişirdi. Bu isə korrupsiyanın sürətlə artımına şərait yaradırdı. Əslində “elektron hökumət”ə keçid barədə qərarın qəbul edilməsini rüşvətxorluğun aradan qaldırılmasına və şəffaflığın bərpasına qarşı düşünülmüş strategiya da hesab etmək olar.   
 
“Nə baş verdi, hansı səviyyədə qaldı, müraciətin nəticəsi nə oldu”
 
Mövzu ilə bağlı suallarımızı cavablandıran Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, dövlət qurumlarına elektron müraciətlə bağlı araşdırmalar aparıblar. Məlum olub ki, mərkəzi dövlət qurumlarının əksəriyyətində “elektron müraciət” üçün imkanlar qoyulub. Bəzilərində bu sistem daha intensiv, bəzi dövlət orqanlarında isə daha ağır mexanizmlərlə işləyir.
 
Osman Gündüzün sözlərinə görə, elə saytlar var ki, vətəndaşlardan özləri haqqında daha çox informasiya tələb olunur: “Vətəndaş bu məlumatlar üçün nəzərdə tutulmuş boşluğu doldurmağa məcburdur. Elə qurumlar da var ki, elektron müraciət olunan kimi dərhal vətəndaşla əlaqə saxlanılır, informasiya mübadiləsinə girilir. Amma əksəriyyətində  müraciətdən sonra bilinmir ki, nə baş verdi, hansı səviyyədə qaldı, müraciətin nəticəsi nə oldu. Yerli İcra Hakimiyyətlərində bu vəziyyət ifrat dərəcədədir. Bu orqanlarda sistem hələ özünün inkişaf etmiş səviyyəsinə gəlib çatmayıb”.
 
“Bizim üçün müraciət müraciətdir”
 
Vətəndaşların elektron müraciətlərdən istifadəsinə gəlincə, bununla bağlı sualımızı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ünvanladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib ki, elektron müraciət edənlərin sayı az deyil: “Deməzdim hamı elektron müraciət edir. İnternet istifadəçisi olanların müəyyən bir hissəsi bu yolla müraciətə üstünlük verir, bu imkanlardan istifadə edir. Lakin internetdən istifadə edən tanışlarım da var ki, onlar bu sistemdən yararlanmırlar.
 
F. Talıblı hesab edir ki, dövlət tərəfindən bu sahənin inkişafına kifayət qədər vəsaitin ayrılması gələcəkdə rayonlarda da internet istifadəçilərin sayının artması ilə nəticələnəcək.
 
“Elektron müraciətlər nə ilə bağlıdır?” sualımıza komitə rəsmisi belə cavab verdi: “Müraciətlərdə narahatedici faktlar, təklif və ya sorğular öz əksini tapır. İstər zənglə, istər elektron yolla edilən müraciətlər arasında heç bir fərq qoymuruq. Bizim üçün müraciət müraciətdir. Bizdə əsaslı sübutu olan, müvafiq qaydada qanunvericiliklə səlahiyyətimizə daxil olan müraciətlər araşdırılır. Müraciətlər rəsmiləşdirilir, qeydiyyata salınır və icraata göndərilir”.
 
F. Talıblı da hesab edir ki, gələcəkdə elektron müraciətə üstünlük verənlərin sayı daha da artacaq.
 
 
Xeberler.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vətəndaş müraciətlərinə EHİS üzərindən də baxılması ilk oxunuşda qəbul edilib

01-05-2026

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS ilə baxılacaq

28-04-2026

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019

Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

20-09-2017

“mygov” ilə dövlət qurumlarına rəsmi məktub göndərilməsi mümkün olub

03-12-2025

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

Ülvi Mehdiyev: "ASAN müraciət" ötən il daha çox vətəndaşın diqqətini cəlb edib

11-03-2025

Azərsu-ya şikayəti elektron formada göndərə bilərsiniz

10-08-2017

Elektron arayışla Kapital Bank-a necə müraciət etmək olar?

09-02-2016

Elektron Səhiyyə Xidmətinə müraciətlər çoxalıb

30-04-2015

Ən çox hansı qurumun e-xidmətindən istifadə edilib?

09-06-2017

​Azərbaycanda daha bir arayış elektron qaydada veriləcək

08-08-2016

Azərbaycanda 34,6 minə yaxın hüquqi və fiziki şəxsin elektron imzası var

09-07-2015

Rayon telekommunikasiya qovşaqlarında “Elektron qəbul otağı” yaradılacaq

24-07-2014

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021

İcra hakimiyyətlərinə müraciətlər İnternetlə olacaq

01-05-2015

“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

25-01-2021

“Elektron hökumət quruculuğu prezidentin daim diqqətindədir”

19-12-2014

Osman Gündüz : Azərbaycanda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı ciddi problemlər var

14-01-2015

“Elektron hökumət” portalında daha bir yenilik

04-05-2016

“Elektron hökumət layihəsi uğursuz oldu”

27-02-2013

Övladlığagötürmə ilə bağlı elektron qaydada necə müraciət edilir?

18-02-2020

“Elektron hökumət” portalından 1,4 mln. nəfər istifadə edib

10-04-2015

Ünvanlı dövlət sosial yardım sisteminin avtomatlaşdırılması prosesi yekunlaşıb

07-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə