Previous Next
Bağla

İcra hakimiyyətlərinə müraciətlər İnternetlə olacaq

01-05-2015 22:36
İcra hakimiyyətlərinə müraciətlər İnternetlə olacaq
Bundan sonra vətəndaşların müvafiq icra hakimiyyətlərinə müraciətlərinin elektron vahid bazası yaradılacaq.
Xəbərlər-in məlumatına görə, bu haqda ölkə prezidenti fərman imzalayıb. Fərmana əsasən yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılacaq.
 
Ölkə prezidenti İlham Əliyev bununla bağlı aidiyyəti dövlət qurumlarına tapşırıqlarını da verib.
 
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz belə bir fərmanın verilməsini əhəmiyyətli hesab edir. Onun sözlərinə görə, belə bir qərarın verilməsi regionlarda "Elektron Hökumət” quruculuğuna rəsmən start verilməsi kimi dəyərləndirilə bilər: "Düzdür, indiyə qədər regionlarda internet resursların və hər hansı informasiya sisteminin yaradılması, xidmətlərin elektron formaya keçirilməsi müşahidə olunurdu. Amma bu işlər sanki həvəskar səviyyəsində aparılırdı. Yəni kim necə istəyir, o formada edirdi. Lakin sözügedən fərman bu məsələlərə nöqtə qoydu. Vahid standart qaydasında respublikanın bütün icra hakimiyyətlərində vətəndaşlarla bağlı belə bir xidmətin elektron formaya keçməsini təsdiq elədi. Bu, artıq o deməkdir ki, regionlarda artıq bir yanaşma olacaq”.
 
O.Gündüzün qənaətincə, prezidentin belə bir fərmanı kifayət qədər faydalı olacaq: "İnternet texnologiyalarından istifadə edən vətəndaşlar öz müraciətlərini elektron formada göndərəcəklər. Lakin düşünürəm ki, bu hələ işin başlanğıcıdır. Əgər regionlarda icra hakimiyyətlərinin təqdim etdiyi 100 xidmət növü varsa, bu, onlardan yalnız biridir. Bu baxımdan ümid edirəm ki, biz növbəti mərhələlərdə göstərilən xidmətlərin çox hissəsinin tam elektron formaya salmasının şahidi olacağıq”.
 
Bölgələrdə yaşayan vətəndaşlara bu sistemin öyrədilməsini təklif edən O.Gündüz həm də icra hakimiyyətlərində bu sistemi işlədəcək şəxslərə elektron texnologiyanın öyrədilməsini vacib sayır: "Əgər vətəndaşlar bu yenilikdən istifadə etməyəcəklərsə, bu kimə lazımdır”.
Xeberler.az
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yerli icra qurumların populyar xidməti hansılardır?

Yerli icra qurumların populyar xidməti hansılardır?

17-07-2017
Regionlarda elektron xidmətlərin inkişafı məsələsi müzakirə olunub

Regionlarda elektron xidmətlərin inkişafı məsələsi müzakirə olunub

28-06-2016
Yerli icra hakimiyyətlərinin də xidmətləri elektronlaşacaq

Yerli icra hakimiyyətlərinin də xidmətləri elektronlaşacaq

25-05-2016
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

16-05-2016
“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

25-01-2021
İcra Hakimiyyətlərində vahid elektron informasiya sistemi yaradılır

İcra Hakimiyyətlərində vahid elektron informasiya sistemi yaradılır

29-04-2015
Sabah Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

Sabah Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

24-05-2016
Regional e- hökumət məsələləri yenidən müzakirəyə çıxarılacaq

Regional e- hökumət məsələləri yenidən müzakirəyə çıxarılacaq

26-05-2017
Yerli icra qurumların xidmətləri nə zaman elektron olacaq?

Yerli icra qurumların xidmətləri nə zaman elektron olacaq?

22-06-2017
Yerli xidmətlər də elektronlaşdırılacaq

Yerli xidmətlər də elektronlaşdırılacaq

05-07-2016
 Dövlət qurumları vacib və ictimai əhəmiyyət kəsb edən xidmətləri  Elektron hökumətdən “gizlədə” bilməyəcəklər.

Dövlət qurumları vacib və ictimai əhəmiyyət kəsb edən xidmətləri Elektron hökumətdən “gizlədə” bilməyəcəklər.

18-09-2014
Regionlarda elektron hökumət quruculuğuna başlanılıb

Regionlarda elektron hökumət quruculuğuna başlanılıb

10-04-2015
Elektron Reyestr ilə bağlı vəziyyət nə yerdədir?

Elektron Reyestr ilə bağlı vəziyyət nə yerdədir?

29-12-2014
DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

DİN-nin hansı xidmətləri elektron formaya keçirilib ?

28-08-2019
Elektron xidmətlər sahəsində ciddi problemlər qalmaqdadır

Elektron xidmətlər sahəsində ciddi problemlər qalmaqdadır

06-11-2008
Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

09-07-2019
Elektron hökumətlə bağlı Layihənin adi bir   internet resursu yaradılmayıb

Elektron hökumətlə bağlı Layihənin adi bir internet resursu yaradılmayıb

19-04-2012
Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura   Təkliflər hazırlayıb

Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura Təkliflər hazırlayıb

28-03-2013
Prezident İcra hakimiyyətləri haqda 3 fərman verib–Dəyişikliklər

Prezident İcra hakimiyyətləri haqda 3 fərman verib–Dəyişikliklər

16-07-2016
Prezidentin e-hökumətlə bağlı fərmanı sektorda nələri dəyişəcək?

Prezidentin e-hökumətlə bağlı fərmanı sektorda nələri dəyişəcək?

19-03-2018
İctimai Şuranın facebook səhifəsi yaradılıb

İctimai Şuranın facebook səhifəsi yaradılıb

11-03-2013
Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018
Biləsuvar Rayon İcra Hakimiyyəti portala qoşuldu

Biləsuvar Rayon İcra Hakimiyyəti portala qoşuldu

17-03-2015
Gəncə, Quba və Masallıda regional rəqəmsal hökumət formalaşdırılır

Gəncə, Quba və Masallıda regional rəqəmsal hökumət formalaşdırılır

06-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə