Dekabr ayında “Elektron hökumət” portalının Fikir bankı-na iki təklif göndərilib.
Xeberler.az-ın məlumatına görə, təkliflərdən biri Fikir bankı-nın özü ilə bağlı olub.
Belə ki, portal istifadəçisi Rəşad Abışov verilmiş təkliflərin vəziyyəti barədə axtarış imkanının yaradılmasını təklif edib.
Onun fikrincə, ad və soyad və ya FİN üzrə axtarış verərək təklifin vəziyyəti barədə məlumat almaq faydalı olardı.
İkinci təklif isə Ədliyyə Nazirliyi ilə bağlıdır. Elmir Nəcəfov adlı vətəndaş “Elektron hökumət” portalında ölkədən çıxışa qadağanın qoyulub-qoyulmadığını öyrənməyin məqsədəuyğun olduğunu qeyd edib və belə bir təkliflə çıxış edib.
Qeyd edək ki, istənilən şəxs portalın Fikir bankı-na daxil olub, orada “Elektron hökumət”lə bağlı mümkün ola biləcək istənilən məsələni təklif kimi qeyd edə bilər. Vətəndaşın verdiyi ideya və təklif saytın idarəçiləri tərəfindən təsdiqlənir. Təsdiqlənmə prosesi başa çatdıqdan sonra təklif saytda yerləşir.
Fikir bankı-na indiyədək 213 təklif ünvanlanıb, 133-ü qəbul edilib, 79-u ləğv olunub, 1-i isə gözləmədədir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri