Previous Next
Bağla

Viza alınması internet üzərindən həyata keçiriləcək

06-08-2010 12:25
 Viza alınması internet üzərindən həyata keçiriləcək

Növbəti il ərzində Birləşmiş Ərəb Əmirlikləri hökuməti əcnəbilər üçün vizaların alınması üzrə yeni sadələşdirilmiş sistemin tətbiqini planlaşdırır. Bu barədə cümə axşamı Dubay Beynəlxalq hava limanının birinci terminalının rəhbəri Valid Əhməd Bakıda mətbuat konfransında bildirib.

"Yeni "Mobile visa" sistemi sayəsində əcnəbilər turist operatorlarına müraciət etmədən internet vasitəsilə viza sifariş edə biləcəklər", - Əhməd qeyd edib.

"Dubay hökumətinin rəsmi saytına daxil olmaqla və elektron anketi doldurmaqla Əmirliyə gələn şəxs elektron poçt və ya mobil telefonla vizanın elektron variantını alacaq. Dubay aeroportuna gəldikdən sonra elektron variant immiqrasiya əməkdaşlarına təqdim ediləcək. Onlar da öz növbəsində həmin elektron variantı təsdiq etdikdən sonra vizanın əslini - orjinalını verəcəklər", - Əmirliyin dövlət  nümayəndəsi qeyd edib.

Bundan əlavə, Əhmədin sözlərinə görə, Dubay Əmirliyin ərazisinə daxil olmaq üçün əsas tələblərdən biri olacaq gözün torlu qişasının skanerləşdirilməsi və vizanın bir idarədə alınması prosedurlarını aparmaq niyyətindədir ki, bu da ölkəyə daxil olmaqla icazəsinin verilmə vaxtını qısaldacaq.

Dubayın İmmiqrasiya Xidməti qanuni qüvvəsi olmayan vizaların artmasını nəzərə alaraq, xüsusi elektron ünvan hazırlayıb. "Siz bura daxil olmaqla öz vizanızın legitimliyini və ya müvəqqəti yaşayış üçün icazəni yoxlaya bilərsiniz. Vizaların qanuniliyinin yoxlanılması üzrə xüsusi bölmə "www.amer.ae" saytında yaradılıb", - Dubay aeroportunun nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, Dubay dünyanın bütün ölkələrindən, o cümlədən Azərbaycandan gələnlərin sayının artmasında maraqlıdır. Buna görə də vizanın alınması ilə bağlı bütün məsələlər diqqətlə yoxlanılır. "Bəzi şəxslərə vizanın verilməsindən imtina edilməsi isə bəzi turist agentliklərinin Dubayın İmmiqrasiya Xidmətinə təhlükəsizlik məqsədilə diqqətlə yoxladıqları tam məlumatı təqdim etməmələri ilə bağlıdır", - Əhməd izah edib.    

Mənbə: trend.az

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ASAN Viza” sistemində yeniliklər edilib

07-07-2017

“ASAN Viza” ilə bağlı dəyişiklik qüvvəyə minib

12-01-2018

Elektron vizaların verilməsində dəyişiklik edildi

16-12-2012

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır-Fərman

01-06-2016

ASAN Viza sistemi haqqında Əsasnamə-də dəyişiklik edilib

10-04-2019

Əcnəbilərin e-viza müraciətinə 3 saat ərzində baxılacaq

22-06-2017

ASAN viza-nın rüsumu açıqlanıb

15-05-2018

Azərbaycanda elektron viza ilə bağlı yeni qaydalar tətbiq olunacaq

11-11-2016

Əcnəbilərə 700 mindən çox ASAN Viza verilib

16-08-2018

ASAN Viza vasitəsi ilə 1 milyonuncu viza verilib

11-02-2019

Elektron viza məsələsində problemlər var

14-07-2015

3 saat ərzində e-viza almaq imkanı-Yenilik

30-08-2017

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

“Vizaların verilməsi tam elektronlaşmalıdır”

22-07-2015

ASAN Viza vasitəsilə 184 ölkə vətəndaşına elektron viza verilib

11-07-2019

Ötən il 24 min 872 xarici turistə elektron viza verilib

27-01-2016

Avqust ayında ASAN Viza-nın verilməsi rekord həddə çatıb

10-09-2019

Azercell Dubay və Çinə gedənlər üçün qiymətləri dəyişdi

22-02-2019

Dubayda robot-polislər istifadəyə veriləcək

01-05-2015

Azərbaycanın hava limanlarında 376 mindən çox turistə viza verilib

15-05-2019

Beynəlxalq Astronavtika Konqresi ilə bağlı viza prosedurları sadələşdirildi-SƏRƏNCAM

08-08-2023

Üç ay ərzində “Elektron xidmət növlərinin siyahısı”na əmlaka dair daha 7 e-xidmət əlavə edilib

24-04-2014

Xaricilərin qısa müddətdə viza almasını təmin edən sistem

16-02-2016

Azərbaycanda ünvanların internet vasitəsilə alınması mümkün olacaq

03-05-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə