Previous Next
Bağla

VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

28-09-2020 19:25
VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

Xəbər verdiyimiz kimi, dünəndən etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edir.

Bu məhdudiyyətlərdən sonra isə sosial şəbəkə istifadəçiləri arasında VPN-dən (Virtual Private Network) istifadə edənlərin sayı çoxalıb.

VPN (virtual özəl şəbəkə) nədir? Necə işləyir? Nə qədər təhlükəsizdir?

VPN iki kompüter arasında olan məlumatları virtual tunel vasitəsi ilə şifrələyərək ötürən əlaqə vasitəsidir. Belə ki, VPN bağlantısi üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. Yəni VPN qurulmuş iki nöqtə arasında bir nöqtədən digərinə informasiya göndərilərkən həmin paket şifrələnir və digər tərəfdə deşifrələnir. İnformasiya isə açıq şəkildə təqdim olunur. Məhz buna görə bu texnologiya təhlükəli zonalarda daha geniş istifadə olunur.

Xeberler.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, VPN texnologiyasında vətəndaşın informasiya münasibətlərinin qurulmasında ortada tanınmayan şirkət iştirak edir:

“Sözügedən texnologiyadan istifadədən əvvəl iki tərəf var idisə, indi başqa bir tərəf də olur. Bu zaman VPN-nin istifadəsində bir çox risklər yaranır. Məsələn, fərdi məlumatların ələ keçirilməsi, eləcə də telefonda olan əlaqələr, şəkillərdən, proqramlara giriş edilən kodlar və digər məlumatlar hər an götürülə və istifadə edilə bilər.

Fərdi informasiya təhlükəsizliyindən əsas olan isə dövlətin təhlükəsizliyi ilə bağlıdır. Çünki indiyədək informasiya trafikinə dövlət nəzarət edə bilirdisə, VPN istifadəsindən sonra dövlətin nəzarətində bir sıra problemlər olur və buna nəzarət mümkün olmur”.

Osman Gündüz qeyd edib ki, risklər səbəbindən ehtiyac olmadığı müddətdə VPN-dən istifadə məsləhət görülmür:

“Düşünürəm ki, dövlətin internetlə bağlı verdiyi qərar anlaşıqla qarşılanmalıdır. Ancaq burada bir məsələ var: hazırda “Facebook”, “Twitter” şəbəkələri vasitəsilə ölkənin xarici dil biliyi olan vətəndaşları beynəlxalq aləmdə informasiya müharibəsi apara bilərlər. Buna görə də düşünürəm ki, sözügedən şəbəkələrin istifadəsində yumşalmalar və ya uyğun variantların təklif edilməsi müzakirə oluna bilər.

“WhatsApp”, “YouTube”, “Instagram” şəbəkələrinin işləməməsi isə əhali arasında narahatlıqla qarşılanmamalıdır ".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

VPN nədir və necə işləyir? - ekspert təhlükələrdən danışdı

28-09-2020
AzScienceNet -də VPN texnologiyası ilə bağlı seminar keçirilib

AzScienceNet -də VPN texnologiyası ilə bağlı seminar keçirilib

11-05-2016
Ekspert: "VPN"lərdən istifadə bu şəxslər üçün təhlükəsizdir

Ekspert: "VPN"lərdən istifadə bu şəxslər üçün təhlükəsizdir

16-10-2020
VPN-lə bağlı ekspertdən mühüm açıqlama

VPN-lə bağlı ekspertdən mühüm açıqlama

26-10-2020
Ekspert: "Distant təhsil bir müddət dayandırılsın"

Ekspert: "Distant təhsil bir müddət dayandırılsın"

28-09-2020
Ödənişsiz VPN xidmətlərinin istifadəçilərinə xəbərdarlıq edilib

Ödənişsiz VPN xidmətlərinin istifadəçilərinə xəbərdarlıq edilib

28-09-2020
Bu VPN proqramı bizdən məlumat toplayır - RƏSMİ AÇIQLAMA

Bu VPN proqramı bizdən məlumat toplayır - RƏSMİ AÇIQLAMA

21-10-2020
VPN nədir və onu necə seçmək lazımdır?

VPN nədir və onu necə seçmək lazımdır?

21-09-2022
Milyonlarla VPN istifadəçilərinin məlumatları internetə sızıb

Milyonlarla VPN istifadəçilərinin məlumatları internetə sızıb

02-03-2021
Azərbaycanda VPN-lər bağlana bilər - Nazirlikdən açıqlama

Azərbaycanda VPN-lər bağlana bilər - Nazirlikdən açıqlama

17-10-2020
Azərbaycanın mobil rabitə operatoru tətbiqinə və saytına VPN-lə girişi dayandırıb

Azərbaycanın mobil rabitə operatoru tətbiqinə və saytına VPN-lə girişi dayandırıb

01-10-2020
Energetika Nazirliyinə məxsus agentlik də VPN istifadə edəcək

Energetika Nazirliyinə məxsus agentlik də VPN istifadə edəcək

05-10-2020
Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

05-07-2016
Müharibənin ilk həftəsi... - İnformasiya cəbhəsində nələr dəyişib?

Müharibənin ilk həftəsi... - İnformasiya cəbhəsində nələr dəyişib?

05-10-2020
Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

10-06-2026
Ekspert: Azərbaycanda böyük əksəriyyət smartfon istifadəçiləri VPN üzərində “oturub”

Ekspert: Azərbaycanda böyük əksəriyyət smartfon istifadəçiləri VPN üzərində “oturub”

13-10-2022
TikTok nə zaman açılacaq?

TikTok nə zaman açılacaq?

17-10-2023
"VPN"dən istifadə edənlər cərimələnəcək? - Rəsmi Açıqlama

"VPN"dən istifadə edənlər cərimələnəcək? - Rəsmi Açıqlama

30-09-2020
Pulsuz internet təhlükəsiz deyil, bəs nə edək?

Pulsuz internet təhlükəsiz deyil, bəs nə edək?

15-04-2019
Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib

Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib

23-06-2025
"Meta"nın çat-botu "Instagram" hesablarını ələ keçirir

"Meta"nın çat-botu "Instagram" hesablarını ələ keçirir

03-06-2026
Çin hökuməti əhalinin internetə çıxışını məhdudlaşdırıb

Çin hökuməti əhalinin internetə çıxışını məhdudlaşdırıb

26-11-2015
Onlayn sifariş edilən biletlərin sayı artıb

Onlayn sifariş edilən biletlərin sayı artıb

12-03-2013
2023-cü il üçün 5 faydalı rəqəmsal vərdiş

2023-cü il üçün 5 faydalı rəqəmsal vərdiş

23-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə