Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Tech Talk” proqramı çərçivəsində “Bir ideya, Bir addım, Bir dəyişiklik” adlı panel müzakirəsi təşkil olunub.
Xeberler.az məlumat verir ki, tədbirin əsas məqsədi universitet tələbələri, startap həvəskarları və gənc innovatorlar arasında texnoloji düşüncənin, startap mədəniyyətinin və innovasiyayönümlü fəaliyyətin təşviq olunması, həmçinin özəl və dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi olub.
Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən universitetin Elm şöbəsinin müdiri Elçin Nəsirov tədbirin işinə uğurlar arzulayıb. Sonra Layihə ilə bağlı İnnovasiyalar Mərkəzinin direktoru Elvin Ağayev ətraflı məlumat verib.
Panel müzakirəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin layihələr üzrə koordinatoru Nigar Xıdırova, Ege Universitetinin professoru Murad Boyacı, AgT startapının təsisçisi, mentor Əfqan Mehdixanov iştirak ediblər.
Qonaqlar çıxışlarında startapların inkişafında dövlət dəstəyi mexanizmləri, maliyyə institutlarının innovativ layihələrdə rolu, eləcə də universitet mühitində innovasiya mədəniyyətinin formalaşması istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikirlər səsləndiriblər.
Panel çərçivəsində gənc iştirakçılar startap fəaliyyəti, maliyyə resurslarına çıxış imkanları və biznes ideyalarının reallaşdırılması ilə bağlı praktik məsləhətlər və təcrübə paylaşımları əldə ediblər. Müzakirələr zamanı “bir ideya, bir addım, bir dəyişiklik” fəlsəfəsinin innovasiya prosesindəki əhəmiyyəti xüsusi vurğulanıb.
Tədbirin sonunda iştirakçılar fikir mübadiləsi aparıb, gələcək əməkdaşlıqlar və təşəbbüslər barədə təkliflər irəli sürüblər.
“Tech Talk” proqramı ADAU İnnovasiyalar Mərkəzi tərəfindən universitet gəncləri arasında innovativ yanaşmanı və praktik bilik mübadiləsini gücləndirmək məqsədilə həyata keçirilir.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları