“E-qanun.ai”nin mobil tətbiq versiyasının istifadəyə veriləcək

17-11-2025 / 19:11

Azərbaycanın hüquqi sənəd və qanunvericilik bazasında effektiv axtarış etməyə imkan verən süni intellekt əsaslı “E-qanun.ai” platformasının istifadəçiləri platforma tərəfindən onlara təqdim edilmiş cavabı qiymətləndirmək və rəy bildirmək imkanına malikdirlər. Sorğulara verilən cavabların daha da təkmilləşdirilməsi üçün mütəmadi olaraq istifadəçi geridönüşləri və rəyləri nəzərə alınır.

Xeberler.az məlumat verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, növbəti mərhələdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “AZCON Holding”in nəzdində fəaliyyət göstərən Milli Süni İntellekt Mərkəzi ilə birgə platformanın istifadəçilərə təqdim etdiyi funksionallıqların genişləndirilməsi, həmçinin mobil tətbiq versiyasının istifadəyə verilməsi nəzərdə tutulur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə