Milli İnternet Mükafatı – “MilliNet 2025” müsabiqəsində rəqəmsal resursların qeydiyyatı başa çatıb.
Xeberler.az bildirir ki, bu il müsabiqəyə 13 Nominasiya üzrə 179 resurs təqdim edilib. İndiyədək təqdim edilən rəqəmsal resurslardan 150-i müsabiqəyə qəbul edilib.
Qaydalara uyğun olmadığı üçün müsabiqəyə qəbulundan imtina edilən resurslar 1-ci səsvermə başa çatanadək problemləri aradan qaldıraraq yenidən müraciət edə bilərlər.
Hazırda MilliNet.az–a yeni resurslar müraciət edə bilməz, qeydiyyatdan keçən istifadəçilər yalnız müsabiqəyə qəbul edilən saytları bəyənməklə münasibət bildirə bilərlər.
İki Nominasiya üzrə rəqabətli mühit formalaşmadığı üçün, bu Nominasiyalardakı resurslar digər uyğun Nominasiyalara keçirilib. Nominasiyalarında uyğunsuzluq olan bəzi resursların Nominasiyaları Qaydalara uyğun olaraq MilliNet TK tərəfindən dəyişdirilərək daha uyğun istiqamətlərə keçirilib.
“İlin rəqəmsal siması” Xüsusi Nominasiyası üzrə 7 namizəd irəli sürülüb.
MilliNet TK bildirir ki, hazırda 1-ci mərhələ qiymətləndirmə prosesi davam edir və 25 noyabr tarixədə başa çatacaq.
1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə Nominantlar müəyyən olunacaq.
Bu nominantlar arasından 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq və dekabrın 10-dək yekunlaşacaq.
Bu il də resurslar yeni meyarlar əsasında 15 münsif tərəfindən qiymətləndiriləcək. “İlin rəqəmsal siması” Nominasiyası üzrə qalib MilliNet TK tərəfindən müəyyən olunacaq.
Münsiflərin 2-ci mərhələdə verdikləri qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq.
Qaliblərin mükafatlandırılması ilə bağlı yekun təqdimat mərasiminin dekabrın ayında keçirilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.
MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar AzİnTelecom, Lenovo, və Caspel şirkətləridir.
Sponsorlar B&B SECURITY, KATV1, Alas Academy, ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.
YODA, Mediatrends, NUKHALI və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları Technote Media, Xəbərlər.az və Techzone media resurslarıdır.
Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən MilliNet müsabiqəsinin keçirilməsində məqsəd ən yaxşı rəqəmsal resurslarımızı üzə çıxartmaq və tanıtmaq, rəqəmsal sektorda rəqabətli mühit formalaşdırmaq, Azərbaycanda internetin, informasiya texnologiyalarının və innovasiyaların, bütövlükdə rəqəmsal sektorun inkişafına kömək etmək, rəqəmsal transformasiyanın daha da sürətlənməsinə dəstək verməkdən ibarətdir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları