Previous Next
Bağla

Vüqar Usi Zadə MEXC şirkətinin Baş Əməliyyat Direktoru təyin edilib

04-12-2025 17:07
Vüqar Usi Zadə MEXC şirkətinin Baş Əməliyyat Direktoru təyin edilib

Azərbaycanlı Vüqar Usi Zadə MEXC kriptovalyuta birjasının Baş Əməliyyat Direktoru vəzifəsinə təyin edilib. Bu barədə o, öz sosial media hesabında məlumat yayıb.

Xeberler.az məlumat verir ki, Vüqar Usi Zadə paylaşımında bildirib:

“Bu gün mənim üçün yeni və əhəmiyyətli bir mərhələnin başlanğıcıdır. MEXC-ə Baş Əməliyyat Direktoru kimi qoşuluram. İlk Bitcoin əməliyyatımda olduğu kimi, qlobal kripto komandalarına rəhbərlik etdiyim illər ərzində missiyam dəyişməz qalıb: açıq, ədalətli və insan yönümlü maliyyə sistemi qurmaq”

MEXC-in açıqlamasında deyilir ki, Vüqar Usi Zadə təxminən on il əvvəl ənənəvi bankçılıq sistemində qarşılaşdığı çətinliklərdən sonra ilk Bitcoin əməliyyatını həyata keçirib və bu təcrübə onun kriptovalyutalara marağının formalaşmasında əsas rol oynayıb.

Onun sözlərinə görə, kripto sektorunda qalmasının səbəbi insanların maliyyə iştirakını genişləndirən, ədalətli və hər kəs üçün əlçatan sistem qurmaq istəyidir. 2018-ci ildə yaradılan MEXC hazırda istifadəçilərə kriptovalyuta dünyasına ən rahat və təhlükəsiz giriş imkanı təqdim edən aparıcı qlobal kriptobirjalardan biri hesab olunur.

Qeyd edək ki, Vüqar Usi Zadə bundan əvvəl “Bitget”də Baş Əməliyyat Direktoru vəzifəsini icra edib. Onun 15 illik marketinq və kommunikasiya təcrübəsi var. O, “Carlsberg”, “Facebook”, “Danone”, “Coca-Cola” və “Twitter” kimi beynəlxalq şirkətlərlə çalışıb, həmçinin “unicorn” “MarTech” startapı üçün məhsul və brend strategiyası hazırlayıb.

Məlumat üçün bildirək ki, Vüqar Usi Zadə “Edward S. Mason” təqaüdçüsüdür; Harvard Universitetində MPA dərəcəsi alıb və Oksford Universitetinin Saïd Biznes Məktəbində magistratura sonrası təhsil keçib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bitget” şirkətinin icraçı direktoru AzTU-da olub

06-05-2025

AZTU-da "Web3 startapları necə qurulur?" adlı ustad dərsi keçirilib

06-05-2025

“Bitget” Bakıda ilk mətbuat konfransını keçirib

10-03-2025

Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə Bakıya təşrif buyurub

10-11-2008

Kriptovalyuta sahəsində nə baş verir?-Bitcoin parçalandı

02-08-2017

NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edib - FOTO

14-09-2023

Lütfi Zadə I Fəxri xiyabanda dəfn edilib

29-09-2017

İddia: Bu il Bitcoin-in dəyəri 40 min dollar olacaq

16-02-2018

"TikTok” və “Google”da rəhbər vəzifədə çalışmış şəxs “Visa”nın Azərbaycan üzrə rəhbəri təyin edilib

19-05-2023

Lütfi Zadə ilə vida mərasimi keçiriləcək

27-09-2017

Yaponiyada kriptovalyuta investorları vergi ödəyəcək

18-07-2018

Həkim qəbulu elektronlaşdırılır

09-04-2012

Lütfi Zadə “İnformasiya texnologiyaları problemləri” jurnalının fəxri baş redaktoru seçilib

23-06-2015

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müşavir təyin edilib

06-09-2024

LG rəhbərlik və əməliyyatlarda dəyişikliklər edib

03-12-2019

Qlobal bank böhranları kriptovalyuta bazarlarına necə təsir edəcək?

28-03-2023

NRYTN Lütfi Zadənin 100 illiyinə həsr olunmuş konfrans keçirib

25-06-2021

Apple-da yeni təyinatlar olub

19-12-2015

“Ağıllı qurğuların əsasında Lütfi Zadə nəzəriyyəsi dayanır”

03-10-2017

Azerfon-a​ yeni baş icraçı direktor təyin olunub

05-12-2017

Kripto nəhəngi Bitget Azərbaycan bazarına fokuslanır

19-05-2025

"Azərpoçt"a yeni rəhbər təyin olunub

20-04-2026

Azərbaycanın kriptovalyuta indeksi açıqlanıb

29-10-2025

YTP-də yeni təyinatlar olub

15-01-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə