Previous Next
Bağla

Wi-Fi kodunu qorumağın yolları

01-07-2019 15:44
Wi-Fi kodunu qorumağın yolları

Osman Gündüz: “Bir sıra təhlükəsizlik qaydaları var ki, onlara əməl etmək lazımdır”

Wi-Fi kodlarının sındırlması adi hala çevrilib. Artıq istənilən şəxs xüsusi proqramlar vasitəsilə başqasının Wi-Fi-nin kodunu deşifrə edib, ondan istifadə edə bilir. Dəfələrlə bu barədə şikayətçi olan insanlara rast gəlirik. Az olmayan bir vəsait ödəyib, evinə, ofisinə internet çəkdirən şəxslər bir də öyrənir ki, artıq onun Wi-Fi-nin kodunu onunla bərabər qonşuları da bilir və istifadə edir. O da məlumdur ki, Wi-Fi istifadəçilərinin sayı artdıqca, internetin sürəti aşağı düşür.

Bu məsələ təkcə ölkəmizdə deyil, ən inkişaf etmiş ölkələrdə belə problemə çevrilib. Əgər bundan əvvəl ən güclü və ən təhlükəsiz Wi-Fi şifrələmə protokolu kimi WPA2 tanınırdısa, artıq onun da şifrəsini qırmaq asanlaşıb.

Bəs Wi-Fi kodumuzu necə sığortalayaq?

Mütəxəssislər qeyd edir ki, mənzilə quraşdırılan modemin arxasında İP adresi və parolu qeyd olunur. Müxtəlif brauzerlərdən daxil olub, həmin İP adresini – 192, 168, 11 daxil edib, parol bölməsinə girib, “admin – admin” qeyd edib, daha sonra brodkast-a daxil olub, vareles-dən “brodcast-ı no” rejiminə keçirib, mak adreslərini qeyd etmək lazımdır.

Ekspertlər həmçinin Wi-Fi-ın loginini görünməz etməklə də kənar istifadəçilər üçün çətinlik yarada bilərlər.

Xeberler.az məlumat verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı  öz tövsiyələrini bildirib:

“Bu, informasiya təhlükəsizliyi problemidir. Texnologiya inkişaf etdikcə bu cür təhlükələr həmişə olacaq. Bu, dünyada da, bizdə də belədir. Sadəcə, bir sıra təhlükəsizlik qaydaları var ki, onlara əməl etmək lazımdır. Məsələn, modemi quraşdıran şəxs bu təhlükəsizlik qaydaları barədə istifadəçiyə məlumat verməlidir, müəyyən təhlükəsizlik işlərini görməlidir. Həmçinin istifadəçi qaydalara riayət etməlidir. Məsələn, istifadə edilməyən zaman internet söndürülməlidir və sairə.

Bununla əlaqədar olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidməti var. İnternetlə bağlı şikayəti olanlar bu quruma müraciət edə bilər. Həmçinin adıçəkilən qurum daim təhlükəsizlik qaydaları ilə bağlı ictimaiyyəti maarifləndirməli, bu yöndə tədbirlər həyata keçirməlidir”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib

22-06-2023

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

15-04-2024

ETX və “Məktəblinin dostu” növbəti maarifləndirmə tədbirləri keçirib

24-12-2024

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün növbəti maarifləndirmə tədbirləri keçirib

17-04-2024

Ümumtəhsil məktəblərində təhlükəsiz internet mövzusunda açıq dərslər keçirilib

30-03-2022

Uşaqların internet təhlükəsizliyini necə təmin etməliyik?

01-06-2016

Məktəblərdə kibertəhlükəsizlik qaydaları ilə bağlı tədbirlər keçiriləcək

28-03-2024

“Kiber Smart Ol” layihəsi çərçivəsində təlimlərə start verildi

21-06-2022

Google xəbərdarlıq etdi- Hesabınızı yoxlayın

16-02-2018

“Kiber Təhlükənin Fərqindəyəm” şüarı ilə silsilə tədbirlər keçiriləcək

07-10-2021

“İnternet medianın informasiya təhlükəsizliyi” mövzusunda Dəyirmi Masa keçiriləcək

30-01-2014

«Kaspersky» təşkilatlara məsafədən iş rejiminə keçidlə bağlı xəbərdarlıq edir

19-03-2020

Saytlara edilən haker hücumu hansı qurum araşdırmalıdır?

17-01-2018

ETX maarifləndirmə tədbirləri ilə əlaqədar videoçarx hazırlayıb

18-10-2024

ETX-nin təşkilatçılığı ilə maarifləndirmə tədbirləri keçirilib

21-01-2025

AMB: Maliyyə qurumlarına informasiya təhlükəsizliyi ilə bağlı ciddi tələblər qoyulub

25-06-2025

ETX və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbiri baş tutub

07-10-2024

Ekspert: Microsoftun son qərarı istifadəçilərdə anlaşılmazlıq yarada bilər

15-01-2020

Facebook hesabımızı necə qoruyaq?

30-03-2018

ETX və “Məktəblinin dostu” layihəsinin birgə təşkilatçılığı ilə növbəti maarifləndirmə tədbirləri keçirilib

25-10-2024

Elektron Təhlükəsizlik Xidməti şagirdləri kibertəhlükəsizlik sahəsində maarifləndirib

23-09-2024

ETX və “XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” məktəblilərə maarifləndirmə tədbiri keçirib

05-11-2024

Sosial şəbəkələrdə təhlükəsizlik qaydaları müzakirə olundu

02-05-2015

Elektron Təhlükəsizlik Xidməti Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə bağlı təlim keçirib

08-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə