“Wikipedia”nın 10 yaşı tamam oldu

11-01-2011 / 11:43

2001-ci ilin yanvar aynın 10-da Vikipedianın ilk bölməsi işıq üzü görüb. Bundan 5 gün sonra Vikipedia müstəqil sayt kimi fəaliyyətə başlayıb.

Vikipedianın yaradıcıları Cimmi Ueyls və Larri Sanger 15 yanvar 2001-ci ildə tamamilə ayrı fəlsəfəyə əsaslanan, biliklərini paylaşmaq istəyən insanların birgə təşəbbüsü ilə dünyanın ən dolğun İnternet ensiklopediyasını yaratmaq qərarına gəlmişlər. Bu təşəbbüs özünü doğrultmuş və Vikipedia az sonra dünyanın ən məşhur 25 internet saytı sırasına daxil olmuşdur. 2009-cu ildə aparılan araşdırmalara görə, ingilis dilində olan Vikipedia dünyanın ən çox oxunan və internet istifadəçilərinin tez-tez müraciət etdikləri saytlar arasında 1-ci yeri tutmuşdur.

Söz düşmüşkən, Vikipedia 100-dən çox dildə olan bir Vikimedia Fondu tərəfindən yaradılmış onlayn ensiklopediyadır. Oxşar saytlardan fərqləndirən əsas cəhət onun açıq olması, yəni istənilən internet istifadəçisinin onu redaktə edə bilməsidir.
Ensiklopediyanın əsas tələbi yazılan məqalələr və əlavə edilən məlumatlar qərəsiz olmalıdır. Çünki brada “Neutral Point Of View” şəxsı mövqe qorunur. Məsələn, kimsə öz ölkəsi haqqında qərəzli mövqe sərgiləyə bilməz.

Vikipedia sözünün açılışı barədə bir neçə versiya var. Bəziləri deyirlər ki, havaylıların dilində "wiki" (wihiwihi) sözü "tez", "cəld" mənasını verir. Bəziləri isə deyir ki, "Wiki" sözü "What I Know Is.." ifadəsinin baş hərfləridir. Mənası, "bildiyim qədəriylə..."- deməkdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə