“World Press Photo” beynəlxalq müsabiqəsinin münsiflər heyəti 2026-cı ilin ən yaxşı fotoşəkilini seçib.
Xeberler.az ANSA agentliyinə istinadən məlumat verir ki, “İlin fotosu” fotoqraf Kerol Quzinin “Miami Herald” qəzeti üçün çəkdiyi “ICE tərəfindən ayrılanlar” (ABŞ İmmiqrasiya və Gömrük Xidməti) fotosu olub. Şəkil 2025-ci ilin avqust ayında Nyu-York məhkəməsində deportasiya işi üzrə dinləmədən sonra çəkilib. O zaman məhkəmə ailəsinin yeganə dolanışığını təmin edən ekvadorlu miqrant Luisin ABŞ-dən deportasiyası barədə qərar vermişdi. Məhkəmənin qərarından sonra ICE agentləri kişini qohumlarından zorla ayırıblar və həmin an fotoda əks olunub.
Mükafatlandırma mərasimi İtaliyanın Bari şəhərində keçib və İtaliyanın brend səfiri və Amsterdamda yerləşən “World Press Photo” Fondunun Avropa tərəfdaşı olan “Cime” şirkəti tərəfindən təşkil olunub.
Müsabiqə çərçivəsində, həmçinin müxtəlif kateqoriyalar üzrə qaliblər elan edilib. İştirakçıların işlərini beynəlxalq münsiflər heyəti qiymətləndirib. Müsabiqə ənənəvi olaraq eyniadlı səyyar sərginin əsasını təşkil edir və son on iki ildə Bari də daxil olmaqla 50 ölkədəki 120-dən çox şəhərdə nümayiş olunub.
Təqdim olunan fotoşəkillər silahlı münaqişələrdən və vətəndaş hüquqları məsələlərindən tutmuş iqlim böhranına və miqrasiyaya qədər əsas müasir çağırışları, eləcə də əlaqəli sosial və humanitar məsələləri əks etdirir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları