Xırdalanda “Riyaziyyat Evi” açılıb- Fotolar

19-03-2016 / 15:42

Abşeron Rayon İcra Hakimiyyətinin  dəstəyi ilə Abşeron Rayon Təhsil Şöbəsinin  və Qafqaz universiteti nin təşkilatçılığı ilə Xırdalan şəhər Şahmat evində “Riyaziyyat Evi” nin açılışı keçirilib.

Qafqaz Universitetinin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə,  “Riyaziyyat Evi” nin  açılış tədbirində  Abşeron Rayon İcra Hakimiyyətinin başçısı  İradə Gülməmmədova , Qafqaz Universitetinin rektoru  professor Ahmet Saniç  , Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Kamran Rzazadə,  Abşeron rayon ictimaiyyəti və orta məktəb şagirdləri iştirak edib.

Tədbirdə iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və Qafqaz Universitetinin  rektoru Ahmet Saniç  “Qırmızı lent”i  kəsərək açılışı elan ediblər.

Riyaziyyat evində Qafqaz Universitetinin Dərnəklər koordinatorluğu  “ Pi ” klubunun  üzvləri olan tələbələr  iştirakçılara  müxtəlif riyazi- məntiqi oyunlar, fokuslar, riyazi düstur və teoremlərin əyani və rəngarəng isbat yolları, topoloji  düyünlər və s. layihə halında təqdim ediblər.

Layihənin məqsədi haqda məlumat verən Qafqaz Universitetinin müəllimi Bəhman  Məmmədov  bildirib ki , Azərbaycanda ilk riyaziyyat muzeyi olaraq tarixə keçən “Riyaziyyat Evi”nin açılmasında da əsas məqsəd mürəkkəb görünən riyaziyyatın əslində nə qədər sadə, nizamlı olduğunu göstərmək, riyaziyyata olan marağı artırmaq, riyaziyyatın çətin və darıxdırıcı deyil, kifayət qədər maraqlı, rəngarəng və düşündürücü elm olduğunu əyani olaraq nümayiş etdirməkdir:

"Burada nümayiş olunan layihələr riyaziyyatın həyatda tətbiq sahələri haqqında məlumat verir. Digər muzeylərdən fərqli olaraq, burada sərgilənən eksponatlara toxunmaq, onları araşdıraraq öyrənmək mümkündür. Layihədə orta məktəb şagirdlərinin olimiadalara hazırlanması da nəzərdə tutulub. Evimizin qapısı orta məktəb şagirdləri ilə yanaşı bütün yaş qrupu insanlara açıqdır. Hər kəs bu evdən istifadə edə bilər”.

 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə