“Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə bağlı ciddi problemlər var”

16-03-2018 / 12:17

“Bu gün Azərbaycanda riyaziyyat fənninin tədrisi ilə əlaqədar ciddi problemlərin mövcuddur, bu sahədə ölkə elmi və təhsili qarşısında xüsusi vəzifələrin dayanır”.

Xeberler.az bildirir ki, bunu AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev deyib.

O, Azərbaycan elminin dünya elminə inteqrasiyasında riyazi bilik və təfəkkürün inkişafının vacibliyini vurğulayaraq elmi tədqiqatlarda riyazi modelləşdirmədən daha geniş istifadə edilməsinin zəruriliyini önə çəkib.

AMEA-nın akademik-katibi bildirib ki, fundamental elmin əsasını təşkil edən riyaziyyatın öyrənilməsi və tətbiqi problemləri ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən elm və təhsil qurumları öz səylərini birləşdirməli, mütəmadi olaraq seminar və konfranslar keçirməli, maarifləndirmə işləri aparmalıdırlar.

R.Əliquliyev riyaziyyat fənninin tədrisi və elmdə tətbiqi ilə bağlı bir sıra təkliflər də səsləndirib.

O, Riyaziyyat və Mexanika İnstitutunun nəzdində tədris mərkəzinin təşkilinin və burada müxtəlif sahələr üzrə fəaliyyət göstərən mütəxəssislərə riyaziyyat fənninin öyrədilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

Alim bu vəzifələrin həyata keçirilməsi üçün müvafiq sahə üzrə beynəlxaq təcrübənin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. 

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə