Dialoq və Uğrunda İslam Konfransı Təşkilatı Əməkdaşlıq Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının Facebook səhifəsində yeni qlobal kampaniyaya start verilib. İKGF Bakı Ofisindən APA-ya verilən xəbərə görə “Ədalət naminə Dostunu işarələ” adlanan kampaniya Facebook sosial şəbəkəsinin verdiyi imkanlardan istifadə edilməklə Xocalı soyqırımı haqqında həqiqətləri daha geniş beynəlxalq auditoriyada, xüsusilə Facebook-un 500 milyon istifadəçisi arasında yaymaq məqsədi güdür. Kampaniyanın birinci mərhələsi “Dostunu işarələ, Darfuru xilas et” adlanır.
Səhifədə hər həftə yüklənəcək şəkildə dostunu işarələyən şəxs hər işarələnən dosta görə “Save Darfur” (“Darfuru xilas et”) kampaniyası üçün Facebookda açılmış hesab vasitəsilə maliyyə yardımı etmiş olacaqdır. Beləliklə, həm Xocalı həqiqətləri dünyaya çatdırılacaq, həm də sadə insanlar “Xocalıya ədalət” kampaniyası vasitəsilə Darfurda soyqırım qurbanlarına maddi yardım etmək fürsəti əldə edəcəklər. Kampaniya oktyabrın 2-dən başlanır. Kampaniyanın internet ünvanı belədir:
http://www.facebook.com/pages/Justice-for-Khojaly-Campaign/101823787520#!/pages/Justice-for-Khojaly-Campaign/101823787520?v=wall
Qeyd edək ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində 2 il ərzində dünyanın 50-yə yaxın ölkəsində müxtəlif xarakterli tədbirlər və aksiyalar keçirilib. ABŞ-da sosial mövzularda yaradıcılığı ilə tanınımış rep ifaçısı Toni Bləkman və Azərbaycanın rep qrupu “Dəyirman” tərəfindən ifa edilmiş “Xocalıya ədalət” rep üslublu mahnının təqdimatı Xocalı faciəsi həqiqətlərinin dünyada yayılmasında xüsusi rol oynayıb.
Kampaniyanın fəaliyyətini əlaqələndirən İKGF-nin təşəbbüsü ilə bu il Kampalada (Uqanda) İKT üzv dövlətlərin Parlament Birliyi və Düşənbədə (Tacikistan) keçirilən İKT Xarici İşlər Nazirlərinin Konfransı tərəfindən qəbul edilən sənədlərdə Xocalı qırğını “insanlığa qarşı cinayət” kimi qiymətləndirilmişdir. Hal-hazırda kampaniya çərçivəsində Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi qiymət verilməsi məqsədilə hazırlanmış petisiyaya beynəlxalq imza toplama aksiyası keçirilir. http://justiceforkhojaly.org/?p=petition
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri