Sony Xperia Z5-in təqdimat tarixi açıqlandı

06-07-2015 / 14:48

Sony Xperia Z4 telefonunun qısa müddətdə təqdim olunmasına baxmayaraq artıq Xperia Z5-in tezliklə təqdim olunması gözlənilir.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu modelden əlavə Xperia Z5 Compact, Xperia Z5 Ultra və digər fərqli modellər də təqdim olunacaq.

Xperia Z5-də Qualcomm-un ən son modeli Snapdragon 820 nüvəsi, 4GB RAM və barmaq izi oxuyucusu ilə təchiz olunacaq. Bundan əlavə 4500 mAh malik batareya ilə və hər zamankı kimi OmniBalance dizaynı ilə təqdim olunacaq.

Telefonda gözlənilən funksiyalardan biri də Sony-in Exmor RS IMX230 əsaslı CMOS sensoru ilə 4K formatda video görüntü təqdim etməsidir. Kamera HDR keyfiyyətində və 21 milyon rəng pikseli ilə təchiz olunacaq.

Sony Xperia Z5 telefonunun təqdimat tarixi bu ilin sentyabr ayında gerçəkləşəcək. Ancaq modelin sentyabrda sadəcə Yaponiyaya təqdim olunması gözlənilir. Belə bir vəziyyətdə telefonun xarici bazara təqdim olunması ilin sonuna kimi nəzərdə tutulub.

                                                                                

 

 Ağasəf Haqverdiyev


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.