Previous Next
Bağla

XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

25-04-2025 09:31
XRİTDX “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025”də fəal iştirak edib

Bakıda “Gənclərin Kibertəhlükəsizlik Forumu 2025” keçirilib. Forum gənclər arasında kibertəhlükəsizlik sahəsində maarifləndirmənin gücləndirilməsi, innovativ yanaşmaların təşviqi və milli təhlükəsizlik ekosistemində insan faktorunun rolunun artırılması məqsədilə təşkil olunub.

Tədbirin əsas tərəfdaşlarından biri kimi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) çıxış edib.

Xeberler.az məlumat ki, forumun açılış mərasimində XRİTDX-nin Baş İdarə rəisi Azər Əhədov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qadir Xəlilov, Elektron Təhlükəsizlik Xidmətinin rəis müavini Elvin Şahverdiyev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov iştirak ediblər.

“Süni intellekt və insan faktoru: Kibertəhlükəsizlikdə yeni dəyişikliklər və qarşılaşdığımız risklər” mövzusunda keçirilən panel müzakirəsində XRİTDX-nin bölmə rəisi Murad Balayev çıxış edərək süni intellekt texnologiyalarının kibertəhlükəsizlik sistemlərinə təsiri, insan faktorunun əhəmiyyəti və yaranan yeni risklər barədə fikirlərini bölüşüb.

“Kibertəhlükəsizlik: Proqramlaşdırma və məlumatların qorunmasında yeni yanaşmalar” mövzusuna həsr olunmuş digər paneldə isə XRİTDX-nin idarə rəisi Nadir Novruzov iştirak edib. Onun təqdimatında proqram təminatının təhlükəsizliyinə dair müasir metodlar, məlumatların mühafizəsində tətbiq edilən yeniliklər və qabaqcıl texnologiyalar ətrafında müzakirələr aparılıb.

Forum “Demo sistemlər üzərində zəifliklərin aşkar edilməsi və müdafiə üsulları”na dair praktiki simulyasiya ilə yekunlaşmışdır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bu kimi təşəbbüslərdə fəal iştirak etməklə, kiberməkanın təhlükəsizliyinə dair ictimai şüurun artırılması, gənclərlə bilik və təcrübə mübadiləsinin aparılması istiqamətində mühüm rol oynamaqda davam edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda “Youth Cybersecurity Forum 2025 ” adlı tədbir keçirilib

23-04-2025

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024

“Youth Cyber Forum” keçirilib

25-02-2026

XRİTDX beynəlxalq tədbirdə iştirak edib

08-05-2025

XRİTDX beynəlxalq konfransda iştirak edib

30-10-2024

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək

21-05-2026

Kibertəhlükəsizlik sahəsində gənclərin fəal iştirakı strateji əhəmiyyətlidir

23-04-2025

Azərbaycan qlobal kibertəhlükəsizlik konfransında təmsil edilib

16-03-2023

XRİTDX Buxarest Rəqəmsal İnnovasiyalar Sammitində iştirak edir

10-04-2025

Dövlət qurumlarının informasiya sistemləri mütəmadi audit və monitorinq edilir

19-09-2024

Dövlət Xidməti kiberdiplomatiya sammitində iştirak edib

13-03-2026

Kibertəhlükəsizlik sahəsində fərqlənən tələbələr mükafatlandırılıb

07-07-2025

XRİTDX nümayəndə heyəti İsraildə səfərdədir

07-03-2023

XRİTDX beynəlxalq kibertəlimdə iştirak edib

19-03-2026

Azərbaycan kibertəhlükəsizlik sahəsində daha bir ölkə ilə əməkdaşlığa başladı

27-04-2023

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti təhsil müəssələri ilə əməkdaşlığı genişləndirir

22-12-2023

Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

22-05-2019

Azərbaycan Özbəkistanda keçirilən Mərkəzi Avrasiya Kibertəhlükəsizlik Sammitində təmsil olunub

07-10-2023

XRİTDX nümayəndələri Milli Müdafiə Universitetində elmi seminarda çıxış edib

27-04-2026

Əməkdaşlıq memorandumu imzalanıb

22-12-2023

Azercell “CIDC 2025: 2-ci Kibertəhlükəsizlik Konfransı”nın sponsorudur

06-10-2025

Elektron Təhlükəsizlik Xidmətinin təcrübə proqramı yekunlaşıb

07-10-2022

Kibertəhlükəsizlik ekosisteminin cari vəziyyəti müzakirə edilib

01-06-2024

AMB və ETX əməkdaşlığı gücləndirir

30-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə