Previous Next
Bağla

XRİTDX: 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

14-07-2025 11:11
XRİTDX: 6 mindən artıq istifadəçi hakerlərin qurbanına çevrilib

Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarını mövcud və yarana biləcək təhlükələrdən qorumaq məqsədilə informasiya təhlükəsizliyi üzrə audit və monitorinqləri davam etdirir.

Xeberler.az bildirir ki, Dövlət qurumlarının əməkdaşları üçün həyata keçirilən “Kibergigiyena layihəsi”nə, “İnformasiya təhlükəsizliyinin təmini üzrə Təlimat”ın tətbiqinin təşviq edilməsinə, eləcə də həyata keçirilən digər maarifləndirmə tədbirlərinə baxmayaraq, cari ilin birinci yarımili ərzində 47 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına riayət etmədiyinə görə haker hücumlarının qurbanına çevriliblər.

Qeyd edək ki, hakerlərin hədəfinə çevrilmiş dövlət qulluqçularının 16% admin səlahiyyətli əməkdaşlar olub ki, bu da ciddi narahatlıq doğurmaqla yanaşı, həmin dövlət qurumlarında daxili informasiya təhlükəsizliyinə nəzarətin kifayət qədər olmadığını və bu sahədə zəruri addımların atılmadığını göstərir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən həmin dövlət qurumlarına müvafiq tədbirlərin görülməsi üçün məlumat verilib.

Bununla yanaşı internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanına çevrilirlər. Belə vətəndaşlar haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarının da hakerlərin əlinə keçməsinə şərait yaradırlar. 2025-ci ilin birinci yarımilində hakerlərin qurbanına çevrilmiş dövlət xidməti istifadəçiləri olan vətəndaşların sayı 6164 olub.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti artan kibertəhdidlərə qarşı etibarlı mühafizənin təşkili və fərdi kibergigiyenanın gücləndirilməsi məqsədilə dövlət qurumlarına daxili informasiya təhlükəsizliyinə nəzarəti gücləndirməyin, mərkəzləşdirilmiş antivirus sisteminə qoşulmağın vacibliyini bir daha xatırladır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti eyni zamanda vətəndaşlara fərdi qaydada antiviruslardan istifadə etməyi, o cümlədən kiberhücumlardan qorunmaq üçün göndərilən şübhəli keçidlərə keçməməyi, saxta domenlər barədə məlumatları “blacklist.gov.az” platformasına göndərməyi tövsiyə edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ötən il 3800-ə qədər istifadəçi hakerlərin qurbanına çevrilib

07-01-2025

Dövlət qurumlarının əməkdaşları hakerlərin qurbanı olub

27-07-2023

Dövlət qurumlarının 6 500-ə yaxın əməkdaşı hakerlərin qurbanı olub

19-05-2023

Dövlət informasiya resurslarına haker hücumlarının sayı açıqlanıb

05-09-2025

"120-dən artıq dövlət qurumu daxili informasiya təhlükəsizliyi təlimatını təsdiqləyib"

23-09-2023

Dövlət Xidməti məlumat sızması ilə bağlı xəbərdarlıq edib

23-06-2025

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xəbərdarlıq edib

16-09-2024

Dövlət qurumları üçün yaradılmış poçt xidmətlərinin 2 milyondan çoxu zərərli tərkibli olub

20-02-2025

Dövlət qurumlarının kibertəhlükələrə dayanıqlılığı yoxlanılacaq

19-09-2024

“AzstateNet” dövlət şəbəkəsində bu ilin 3 rübü ərzində 709 milyondan çox zərərli keçid bloklanıb

18-10-2023

İlqar Musayev: "İT-nin rolunun artması təhlükəsizliyi məsələsini ön plana çıxarır"

24-10-2023

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

Naxçıvanda “Kibergigiyena layihəsi”nin icrasına başlanılıb

28-01-2023

İcra Hakimiyyətində kompüterlərin zərərvericilərə yoluxma halı aşkarlanıb

16-05-2024

Azərbaycanda 90 dövlət qurumu informasiya təhlükəsizliyi təlimatını hazırlayıb

02-11-2022

Azərbaycanın və Türkiyənin internet resurslarına hücum oluna bilər

22-04-2015

Azərbaycanda kibergigiyena üzrə əməkdaşlıq platforması yaradılır

14-09-2021

Dövlət Xidməti 135 ölkədə fəaliyyəti olan kiberqruplaşmanı ifşa edib

05-12-2024

COP29 trafikinin kiberhücumlara qarşı mütəmadi monitorinqi təşkil edilib

02-11-2024

CERT yeni xidmət təqdim edib

19-05-2016

Xankəndi və Qarabağın yeni azad edilən ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb

02-10-2023

Azərbaycanda dövlət qurumları üçün "wetransfer"ə alternativ resurs yaradılıb

07-02-2023

Bu il Dövlət Xidməti 1 milyondan çox zərərli elektron poçtu bloklayıb

11-08-2025

Yeni proqram təminatı İnformasiya sızmasının qarşısının alacaq

14-02-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə