Previous Next
Bağla

Yapon peyki ətrafında yüksək dərəcədə metan toplanan şəhərləri aşkar edib

29-11-2015 15:43
Yapon peyki ətrafında yüksək dərəcədə metan toplanan şəhərləri aşkar edib

Yaponiyanın “İbuki” süni peyki Çin, Pakistan, Hindistan və ABŞ-ın ətrafında yüksək dərəcədə parnik qazlarından olan metanın toplandığı iri şəhərlərini və sənaye mərkəzlərini aşkar edib.

Xeberler.az AZƏRTAC-a istinadən məlumat verir ki, həmin tədqiqatın nəticələri Parisdə keçiriləcək BMT-nin iqlim dəyişmələrinə həsr olunacaq COP-21 konfransına bir neçə gün qalmış dərc edilib.

Yaponiyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyinin və Ətraf Mühitin Tədqiqi Milli İnstitutunun mütəxəssisləri süni peykin 2009-2012-ci illər ərzində topladığı məlumatları tədqiq ediblər. Tədqiqat zamanı böyük bataqlıqların və meşə yanğınlarının ətrafında metan toplanmasının qeydiyyatı nəzərə alınmayıb.

Nəticədə mütəxəssislər müəyyən ediblər ki, metanın ən çox toplandığı ərazilərə Çinin Çendu və Çünçin şəhərləri daxildir. Ümumi əhalisinin sayı 22 milyona çatan həmin şəhərlərdə 81 ppb metan toplandığı məlum olub.

İkinci yerdə 58,1 pbb göstərici ilə Pakistanın Lahor, üçüncü yerdə isə hər ikisi 54 pbb göstəriciyə malik olan Hindistanın Kəlküttə və Banqladeşin Dəkkə şəhərləridir. Rusiyanın Surqut şəhərində 35 ppb, ABŞ-ın Los-Anceles və San-Fransisko şəhərlərində 33,7 ppb, Nyu-York və Pittsburqda isə 22 ppb metan sıxlığı qeydə alınıb. Ən güclü parnik qazlarından biri hesab olunan metan karbon qazı ilə müqayisədə iqlimə 25 dəfə çox mənfi təsir göstərir.

Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyi tərəfindən orbitə çıxarılmış “İbuki” süni peyki Yerin atmosfer qatında parnik qazları barədə məlumat toplamağa imkan verən ilk meteoaparatdır. Ümumi çəkisi 1750 kiloqram ağırlığında olan süni peykdə quraşdırılmış ötürücülər və qurğular ona 100 dəqiqə ərzində Yer üzərindəki 56 min nöqtədə parnik qazlarının sıxlığını və temperaturu ölçməyə imkan verir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İstixana qazları internetin sürətinin azalmasına səbəb olacaq

12-03-2025

İnsanların Ayı çirkləndirməyə başladığı məlum olub

08-01-2026

"Azərkosmos": Metan qazının təsirini öyrənməkdə peyk görüntüləri vacib rol oynayır

04-10-2024

Türkiyənin ilk yerli süni peyki kosmosa buraxılıb

23-09-2009

Türkiyədə hazırlanmış “Türksat 6A” ilk telekommunikasiya peyki ABŞ-a göndəriləcək

04-06-2024

Astronomlar Saturnun 128 yeni peykini aşkar ediblər

12-03-2025

Yaponiya ilk dəfə xarici kommersiya peyki buraxıb

24-11-2015

“Azərkosmos”a səfər

11-10-2018

Çin peyklərin sayına görə dünyada ikincidir

12-01-2016

NASA “super-Yer” planeti kəşf edib

16-07-2025

Uzun zaman aktiv olmayan peyk qeyri-adi radiosiqnal göndərib

18-06-2025

“Webb” teleskopu Plutonun peykində karbon dioksid və hidrogen peroksid aşkar edib

02-10-2024

Yaponiyanın kosmik gəmisi Aya göndərilib

12-12-2022

İran kosmik fəzaya üç peyk buraxacaq

22-12-2025

TDT-yə üzv ölkələrin kosmik sahədə birgə fəaliyyəti üçün hüquqi baza yaradılır

23-04-2025

E-Hökumət portalına 763 min daxilolma qeydə alınıb

09-06-2015

Fevralın 8-də Azərbaycanın ilk peyki orbitə çıxarılacaq

05-02-2013

Azərbaycan dördüncü peyki buraxmağa hazırlaşır

08-06-2015

NASA Marsın tədqiqi üçün robot-arılar hazırlayır

06-04-2018

Yaponlar 4G-yə keçdi

28-12-2010

Kosmosda Rusiya və ABŞ peykləri toqquşub

12-02-2009

Azərbaycanın ilk peyki orbitə buraxıldı

08-02-2013

BMT “Ekoloji cəhətdən təmiz İKT bazasında proqram təminatı” müsabiqəsini elan edib

25-04-2011

İngiltərə yeni nəsil telekommunikasiya peyki istehsal edir

09-07-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə