Previous Next
Bağla

Uzun zaman aktiv olmayan peyk qeyri-adi radiosiqnal göndərib

18-06-2025 09:08
Uzun zaman aktiv olmayan peyk qeyri-adi radiosiqnal göndərib

Kosmik eranın başlanğıcından bəri Yerətrafı orbitdə zaman-zaman “zombi-peyklər”, yəni uzun müddət susqunluqdan sonra qəfil siqnal göndərən cihazlar özlərini xatırladıb. Məsələn, 2012-ci ildə bir neçə həvəskar astronom müəyyən tezlikdə qeyri-adi radiosiqnallar aşkar etmişdi. Bu siqnallar dövri xarakter daşıyırdı, hər dörd saniyədən bir təkrarlanırdı.

Xeberler.az bildirir ki, araşdırma nəticəsində məlum olub ki, bu siqnallar ABŞ-ın 1965-ci ildə Hərbi Hava Qüvvələri üçün peyk rabitə sisteminin sınaqlarını tutmaq məqsədilə orbitə buraxdığı LES-1 aparatından gəlir. Bu peyk 1967-ci ildən bəri “susmuşdu”. Mütəxəssislər ehtimal edir ki, illər ərzində günəş panelləri az miqdarda enerji toplayaraq köhnə batareyalara təsadüfi enerji ötürmüş ola bilər. Dörd saniyəlik fasilələrlə siqnalın gəlməsi isə peykin öz oxu ətrafında fırlanması ilə izah olunur.

2018-ci ildə də buna bənzər hadisə baş verdi. Yer maqnetosferi ilə bağlı 2000–2005-ci illərdə məlumat toplayan IMAGE zondu yenidən siqnal verdi. Alimlər “dirilən” aparata proqram yeniləməsi etməyə və onu yenidən fəaliyyətə qaytarmağa cəhd göstərsələr də, bir neçə ay davam edən qeyri-sabit telemetriya ötürülməsindən sonra cihaz yenidən susdu.

Lakin bu yaxınlarda baş verən hadisə əvvəlkilərdən kəskin şəkildə fərqlənir. Alimlər bunu “arXiv.org” serverində əlçatan olan məqalədə təsvir ediblər. Söhbət 2024-cü il iyunun 13-də Avstraliyadakı ASKAP radioteleskop kompleksi tərəfindən qeydə alınmış siqnaldan gedir. Bu siqnal tək, olduqca güclü və qeyri-adi dərəcədə qısa, yəni 30 nanosaniyədən az davam edib.

Bu cür hadisələrdə alimlər adətən kainatın dərinliklərində baş verən dramatik hadisələri, məsələn, neytron ulduzlarının toqquşmasını və birləşməsini nəzərdə tuturlar. Lakin bu siqnalın xarakteristikası süni mənşəli siqnallara xas idi və “ölü” peyklərdən gələn tipik siqnallardan çox-çox daha güclü idi.

Tədqiqatçılar mənbənin təxminən Yer səthindən 4500 km yüksəklikdə yerləşdiyini müəyyən ediblər. Onlar məlum orbitdə olan aparatlardan hansının həmin an bu hündürlükdə keçə biləcəyini araşdırarkən, “Relay 2” peykinin həmin ərazidən keçdiyini aşkar ediblər. Bu peyk 1967-ci ildən bəri fəaliyyətsizdir və NASA-nın ilk telekommunikasiya qurğularındandır. Hazırda hər iki ötürücüsü sıradan çıxmış hesab olunur və bu aparat orbitdə hərəkət edən “kosmik tullantı” sayılır.

Alimlər “ölü” peyki bu cür siqnal göndərməyə nəyin vadar etdiyini araşdırırlar. Ehtimallardan biri uzun illər Günəş küləyi təsirindən yaranmış elektrostatik boşalmadır. Başqa versiyaya görə, səbəb mikrometeoritin ona zərbə vurması ola bilər. Alimlər bu hadisənin sırf enerji bərpasından qaynaqlanan təsadüfi elektron aktivlik olmadığını düşünür. Onların fikrincə, bu nümunə dərindən öyrənilməlidir. Çünki bu cür elektrik boşalmaları fəaliyyətdə olan peyklərə də ciddi zərər verə bilər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
İstixana qazları internetin sürətinin azalmasına səbəb olacaq

İstixana qazları internetin sürətinin azalmasına səbəb olacaq

12-03-2025
NASA-nın teleskopu tarixdə ən böyük kosmik partlayışı təsdiq edib

NASA-nın teleskopu tarixdə ən böyük kosmik partlayışı təsdiq edib

20-10-2025
NASA: “Xaos Tanrısı” adlı asteroid  Yer kürəsinə yaxınlaşacaq

NASA: “Xaos Tanrısı” adlı asteroid Yer kürəsinə yaxınlaşacaq

16-04-2026
Kosmosda Rusiya və ABŞ peykləri toqquşub

Kosmosda Rusiya və ABŞ peykləri toqquşub

12-02-2009
NASA Günəşdə aktivliyin artması ilə bağlı xəbərdarlıq edib

NASA Günəşdə aktivliyin artması ilə bağlı xəbərdarlıq edib

17-09-2025
İspanaq terrorizmlə mübarizə aparacaq

İspanaq terrorizmlə mübarizə aparacaq

02-11-2016
Kosmosda iki qara dəliyin birləşməsi qeydə alınıb

Kosmosda iki qara dəliyin birləşməsi qeydə alınıb

14-07-2025
Şəbəkələrin günəş partlayışının  təsirindən mühafizəsinə dair proqram qəbul edilib

Şəbəkələrin günəş partlayışının təsirindən mühafizəsinə dair proqram qəbul edilib

10-11-2015
Peyk internetinə rəqib texnologiya hazırlanır

Peyk internetinə rəqib texnologiya hazırlanır

19-09-2019
Kompyuter erası bitir?

Kompyuter erası bitir?

16-12-2010
Azersky peykinin fəaliyyəti dayandı-RƏSMİ

Azersky peykinin fəaliyyəti dayandı-RƏSMİ

20-04-2023
Günəş partlayışları dəmir yolu qəzalarına səbəb ola bilər

Günəş partlayışları dəmir yolu qəzalarına səbəb ola bilər

03-04-2023
“SpaceX” günə 3-4 peyk yandırmağa başlayıb

“SpaceX” günə 3-4 peyk yandırmağa başlayıb

31-01-2025
Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

12-06-2026
NASA peyk vasitəsilə Alyaska sahillərində yeni ada aşkar edib

NASA peyk vasitəsilə Alyaska sahillərində yeni ada aşkar edib

19-09-2025
Astronomlar kosmosun dərinliklərində yerləşən qara dəliyin enerji şüaları yaydığını müəyyən ediblər

Astronomlar kosmosun dərinliklərində yerləşən qara dəliyin enerji şüaları yaydığını müəyyən ediblər

19-09-2024
Yaxın 10 ilə 1800 yeni peyk buraxılacaq

Yaxın 10 ilə 1800 yeni peyk buraxılacaq

02-03-2015
Bütün rabitə sistemi çökə bilər

Bütün rabitə sistemi çökə bilər

20-07-2023
Cloudflare-in çökməsinin səbəbi məlum olub

Cloudflare-in çökməsinin səbəbi məlum olub

19-11-2025
Alimlər Wi-Fi-ın köməyi ilə yeni texnologiya hazırlayıb

Alimlər Wi-Fi-ın köməyi ilə yeni texnologiya hazırlayıb

26-11-2015
 	Azərbaycanın ilk peyki 2012-ci ilin sonunda orbitə çıxarılacaq

Azərbaycanın ilk peyki 2012-ci ilin sonunda orbitə çıxarılacaq

05-11-2010
ABŞ-da qəpik ölçüsündə nüvə batareyası yaradılıb

ABŞ-da qəpik ölçüsündə nüvə batareyası yaradılıb

10-10-2009
Molekulyar kompüter yaradılacaq

Molekulyar kompüter yaradılacaq

25-07-2019
Dekabrın 8-dən bəri Günəşdə ən güclü alışma olub

Dekabrın 8-dən bəri Günəşdə ən güclü alışma olub

27-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə