Türkiyədə işlənib hazırlanmış “Türksat 6A” ilk telekommunikasiya peyki Yer kürəsinin geostasionar orbitinə buraxılması məqsədilə iyunun 4-də ABŞ-a göndəriləcək.
Xeberler.az xəbər verir ki, TÜBİTAK UZAY-ın mütəxəssisləri tərəfindən işlənib hazırlanmış peyk ASELSAN, TUSAŞ və C2TECH şirkətlərindən olan mühəndislərin də iştirakı ilə gələn ay Florida ştatının Kanaveral burnundan buraxılacaq.
“Türksat 6A”nın bu gün Ankaradan göndərilməsi nəzərdə tutulan mərasimində Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu və sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır iştirak edəcək.
Türkiyə peykinin buraxılma tarixi cari ilin iyulun 8-i 15-i aralığında müəyyən edilib.
Çəkisi 4 ton 250 kiloqram olan “Türksat 6A” 42 dərəcə şərq uzunluğunda yerləşdiriləcək. Yeni peykin əhatə dairəsi Orbitdə olanlardan daha genişdir, bu da xidmətləri həmçinin Hindistan, Tailand, Malayziya və İndoneziyada da təqdim etməyə imkan verəcək. (Azərtac)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri