Yaponiyalılar “kontaktsız mobil proqram” təminatı üzərində işləyir

05-01-2010 / 20:18

Tokio Universitetinin mühəndisləri mobil telefonun jest vasitəsilə faktiki toxunmadan idarə olunmasını təmin edən yeni mobil interfeys üzərində işləyirlər.

Xeberler.az-ın verdiyi məlumata görə, İşikava Komuronun rəhbərliyi altında mühəndislər qrupu tərəfindən “mobil qurğular üçün vizual daxiletmə interfeysi” yaradılıb.

Yeni proqram təminatının tətbiqi nəticəsində istifadəçilər öz telefonlarının idarə olunması üçün barmaq və ya əlləri vasitəsilə bir sıra jestdən istifadə edə biləcəklər. Misal üçün, fəzada hər hansı bir sözü barmaqla vizual yazaraq həmin söz smartfonun ekranında təsvir olunacaq.

Yeni texnologiyanın işləməsi üçün mobil telefon saniyədə 154 kadr qəbul etmə tezlikli xüsusi kamera, eləcə də real vaxtda istifadəçinin əl hərəkətlərini izləyən cihazla təchiz olunmalıdır. Qurğuların bu cür kombinasiyası sayəsində istifadəçi telefonun bu və ya digər imkanları ilə 3D-komandalarla idarə etmək və bəzi jestlərə aid edilə bilən ayrıca hərəkətlər yerinə yetirmək imkanı qazanır.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə