Yeni Fikir-in qalib startapları nə iş görür?-İcmal

13-06-2017 / 15:20

Məlumat verdiyimiz kimi, Yeni Fikir 2017 startap müsabiqəsinin final mərhələsi və mükafatlandırma mərasimi keçirildi. 

Finalda 11 komanda arasında 1-ci yerə NewTimeBox- Cloud Engine,  2-ci yerə HypoLife, 3-cü yerə Mühasiblər üçün Trenajor, 4-cü yerə  Onlayn radiasiya xəbərdaredici, 5-ci yerə isə  Braille Teach layihəsi layiq görülüb.

Mükafatlandırma mərasimində 1-ci yerə layiq görülən komandaya müsabiqənin baş sponsoru olaraq AMEA YTP tərəfindən 10000 manat pul mükafatı təqdim edilib. 2-ci və 3-cü yer sahiblərinə isə müsabiqəyə tərəfdaş olan bir sıra özəl şirkətlər tərəfindən 5000 manat və 2500 manat pul mükafatı verilib.

Xeberler.az olaraq qalib layihələrin iş prinsipi, fəaliyyət istiqamətləri barədə ətraflı söhbət etdik.

İlk yerin sahibi NewTimeBox- Cloud Engine layihəsinin rəhbəri İbrahim Həsənov deyib ki,  bu servis  mobil ve  veb-də olan olan bütün texniki şəkil problemlərinin ortadan qaldırılması üçün xidmət təklif edir:

“Bunlara uploading, storing, processing və delivery kimi terminler daxildir. Bizim servisdə olan öz-özünə öyrənə bilən süni intellekt vasitəsi ilə veb və mobilə gələn şəkillər ən mükəmməl storage və comprassion alqoritmi tapa bilir. Bununla yanaşı, istifadəçilərimizə Onlayn Əməliyyat Sistemi adlandırdığımız servis də təklif edirik. Belə ki, bunun vasitəsi ilə istifadəçilər kompüterlərini cloud-da gəzdirə və yanınlarında daşımalı olmur. Bizim bazar əsasən Cloud Computing olaraq adlanır”.

İ. Həsənov qeyd edib ki, artıq Amerika, Rusiya, Türkiyədən istifadəçiləri var.

“Mühasiblər üçün Trenajor” layihəsinin rəhbəri Elnur Osmanov saytımıza bildirib ki, proqramı mühasibat uçotunun əsaslarını tez bir zamanda anlamağa, alınan nəzəri bilikləri praktiki tətbiq etməyə və möhkəmləndirməyə, kiçik mühasibat uçotu modeli yaratmağı imkan verən bir simulyatordur:

“Təsəvvür edin ki, təyyarə sürən pilotlar aldıqları nəzəri bilikləri öncə simulyatorda tətbiq edirlər və imtahan verirlər, sonra isə həqiqi təyyarəni sürməyə onlara icazə verilir”.

Sistemin işləməsinə gəlincə isə o, bildirib ki, proqram Microsoft Excel-də xüsusi menyu panelindən icra olunur.

Layihə rəhbərinin sözlərinə  görə, bir çox təhsil mütəxəssisləri tərəfindən təsdiq edilib ki, simulyasiya və ya praktiki yolla alınan biliklər ən effektiv tədris metoddur:

“Hazırladığımız Trenajor gənc mühasiblərə məhs aldıqları nəzəri biliklərini və misalları Trenajor-da simulyasiya edərək öyrənməyə imkan verir. Bu tədris sürətini artırır, alınan biliklər mühasibatlığın əsaslarını öyrənməyə imkan verir. Sayı-hesabı bilinməyən maliyyə-mühasibat kitablarından alınan dənə-dənə biliklər, Trenajor tərəfindən artıq tez bir zamanda öyrədilir”.

Trenajor-un sadə və tez anlaşılan bir proqram oluğunu deyən layihə rəhbəri  qiymətinin isə mühasibat uçotu sahəsində orta səviyyəli bir kitabın qiymətində olduğunu bildirib.

Öyrənirik ki, proqramı əldə edən hər kəs növbəti versiyalarını pulsuz əldə edəcək.

Yaxın zamanda Trenajor-un ACCA F3 versiyası ingilis dilində təqdim olunması planlaşdırılır.

Proqram haqqında ətraflı burada. 

"Onlayn radiasiya xəbərdaredici modulun hazırlanması" layihəsinin rəhbəri Fərid Əhmədov startapın fəaliyyət istiqaməti barədə ətraflı məlumat verib.

Onun sözlərinə görə, radiasiya təhlükəsizliyi probleminin həll edilməsinə dair yeni və yerli istehsalı olan 3 tip radiasiya detektor qurğularının istehsalı təklif olunur:

“Birinci tip radiasiya detektor qurğusu stasionar modifikasiyası olan Radiasiya Portal Monitorlarıdır. Bu tip monitorlar hər hansı bir piyada və ya nəqliyyat keçid məntəqələrində qurlaşdırılır. Standartlara uyğun olaraq stasionar RPM-lərin konsepsiyası qaz sayğacı əsasında neytron detektor bloklarından, fotoelektron gücləndirici və ssintilyator cütlüyü əsasında qamma detektor bloklarından, fasiləsiz qidalandırmasını təmin etmək üçün yüksək tutumlu akkumulyatorlardan, gərginlik idarəedici blokundan, idarəedici interfeysdən, məlumat ötürücü sistemdən, kompüterdən ibarətdir.

İkinci tip mobil monitorinq qurğusudur ki, bu qurğular xüsusi əhəmiyyət kəsb edən ərazilərdə qurlaşdırılır. Bunların əsas iş prinsipi ondan ibarətdir ki, onlar müəyyən ərazinin sistemli şəkildə radiasiya dozasını ölçür və toplanmış məlumatları onlayn ötürücü sistemlə məlumat bazasına ötürür. İkinci tip qurğunun quruluşu neytron zərrəciklərinin qeyd edən kiçik ölçülü qaz sayğaclarından, FEG və ssintilyator əsasında kiçik ölçülü qamma detektordan, akkumulyatordan, qida blokundan, ötürücü sistem və məlumat bazasından ibarətdir. Üçüncü tip qurğullar mülki və texniki personal üçün nəzərdə tutulmuşdur. Bu tip fərdi dozimetrlər istehsalat, təhlükəsizlik, elm- tədqiqat və s. sahələrdə tətbiq edilə bilər. Dozimetr qamma detektor modulundan, istifadəçi interfeysi, akumulyator və ana platadan ibarətdir. Cihazin ölçüləri kiçik, istifadəsi isə çox sadədir”.

“Duzlu suyun elektrokatalitik üsulla natrium hipoxloritə (bleach) çevrilməsi" layihəsinin rəhbəri dosent Yusif Abdullayev deyib ki, bu layihə ilə elektrokimyəvi üsulla alınan natrium hipoxlorit konsentrasiyasından aslı olaraq bir sıra məqsədlər üçün istifadə oluna bilər:

“Bunlara ağardıcı vasitə, ləkə (kir, pas) təmizləyici, dizenfeksiyaedici, sianidli suların işlənməsi, qoxu aparıcı, dişin müalicəsi (endodontik), deri zədələnmələrinin müalicəsi, sintez laboratoriyalrında oksidləşdirici və s. istifadə sahələrinə malikdir. Vanish və ACE və digər ağardıcı dizenfeksiyedici vasitələrin tərkibində 1-30%-ə qədər natrium hipoxlorit var. Həmin məhsullar xaricdən idxal olunur və yerli bazarda qiyməti kifayət qədər yüksəkdir. Bu məhsulun alınması üçün prototip sistem laboratoriyamızda quraşdırılıb”.

Onun sözlərinə görə, təklif etdikləri prototip qurğuda duz, su və elektrik enerjisindən istifadə etməklə gündəlik 20-30 litr 5%-li natrium hipoxlorit əldə etmək mümkündür:

“Alınmış məhsulu analiz edərək tərkibindəki hipoxloritin miqdarını öyrənə bilirik. Məhsulun ağardıcı və ləkəçıxarıcı qabiliyyətini təyin etmək üçün sınaqlar aparılıb və müsbət nəticə əldə edilib. Natrium hipoxloritin kütləvi istehsalı ölkəmiz üçü böyük əhəmiyyət kəsb edir. Bu məhsulu istifadə edərək içməli suyu dizenfeksiya etmək mümkündür”.

Braille Teach layihəsi isə startap sektorunda yaxından tanıdığımız Rəşid Əliyevə məxsusdur.

Belə ki, Braille Teach görmə qabiliyyətini itirmiş uşaqlara Braille əlifbasının öyrədən, oyuncaq formasında dizayn edilmiş cihazdır.

Bir müddət öncə Təhsil Nazirliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbində Braille Teach interaktiv qurğusu təqdim olunub.

 

 

 

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə