Previous Next
Bağla

Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində Türkiyə təcrübəsi öyrənilir

18-02-2019 14:20
Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində Türkiyə təcrübəsi öyrənilir

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində Türkiyənin təcrübəsinin öyrənilməsi məqsədilə təlim başlayıb.

Xeberler.az  bildirir ki, təlim DGK-nın əməkdaşları üçün nəzərdə tutulub.

DGK sədrinin birinci müavini İsmayıl Hüseynov komitənin aidiyyəti qurumlarının rəhbərləri və əməkdaşları, Türkiyə Ticarət Nazirliyinin idarə rəisi Burak Serkan Yaşar və həmin nazirliyin nümayəndələri iştirak ediblər.

İ. Hüseynov Ümumi Tranzit Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlük istiqamətində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

İ. Hüseynov vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri də beynəlxalq ticarətdə Azərbaycanın rolunun artırılmasıdır. O, tarixi İpək Yolu üzərində hər zaman strateji mövqeyə sahib olan Azərbaycanın günümüzdə beynəlxalq ticarətdəki rolunu səciyyələndirən əsas amillərdən birinin tranzit olduğunu qeyd edib.

Bildirilib ki, Azərbaycan iqtisadiyyatının əsas komponentlərindən biri olan tranzitin inkişaf etdirilməsi üçün ölkədə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarəti limanı və digər layihələr reallaşdırılıb ki, bu da Şərq-Qərb ticarət dəhlizində mültimodal yüklərin asan və sürətli şəkildə daşınmasına münbit şərait yaradıb.

Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə üzvlüyün Azərbaycanın beynəlxalq ticarətdə rolunun artırılması və tranzit potensialının gücləndirilməsində mühüm addım olduğunu qeyd edən İsmayıl Hüseynov DGK-nın bu sahədə üzərinə düşən vəzifələri yerinə yetirmək üçün bütün səylərini səfərbər etdiyini bildirib və bu istiqamətdə Türkiyənin dəstəyini yüksək qiymətləndirib.

Burak Serkan Yaşar Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi ilə bağlı Türkiyənin təcrübəsini paylaşmaqdan məmnunluğunu ifadə edib. Azərbaycanın sistemə üzvlük məsələsini bütün sahələrdə dəstəklədiklərini bildirən türkiyəli mütəxəssis, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin Azərbaycanın beynəlxaq ticarətdəki rolunun artmasına və mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradacağını vurğulayıb.

Sonra təlim başlayıb. Təlim zamanı türkiyəli mütəxəssislər iştirakçılara Ümumi Tranzit Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi, Türkiyədə tətbiq edilən T1, T2 və TR formalı bəyanetmə, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində zəmanət mexanizmləri, Səlahiyyətli İqtisadi Operatorların Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi üzrə rəsmiləşdirmə prosesi və digər mövzularda məlumat verəcəklər.

Təlim fevralın 19-dək davam edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Orta Dəhliz boyu ölkələrinin "vahid tranzit portalı" yaradılıb

15-03-2023

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib

11-10-2021

"DGK rəqəmsallaşma sahəsində səylərini daha da artırmalıdır"

15-03-2023

Multimodal daşımalarında vahid elektron bəyannamənin tətbiqinə keçidin əhəmiyyəti açıqlanıb

29-04-2026

Beynəlxalq Nəqliyyat Forumunun Sammiti başa çatıb

08-05-2026

Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid mərkəz yaradılıb

23-07-2022

“Çin – Avropa birbaşa sürətli keçid – Transxəzər sınaq daşımaları” pilot layihəsi çərçivəsində ilk sınaq daşımalarına başlandı

25-05-2024

DGK və Huawei Tech. Azerbaijan niyyət protokolu imzalayıb

12-09-2019

Azərbaycan Türkmənbaşıdə keçirilən beynəlxalq nəqliyyat konfransında təmsil olunur

29-11-2018

Nəqliyyat və logistika üzrə işçi qrupun ilk iclası keçirilib

27-02-2019

Elektron imzaların qarşılıqlı tanınması ilə bağlı işlər aparılır

06-06-2018

Beynəlxalq internet kanallarının tutumu 330 Gbit/s-yə çatdırılıb

22-04-2015

Xarici ticarət iştirakçılarına son yeniliklərlə bağlı məlumat verilib

01-03-2019

ADY-nin rəqəmsallaşdırılması istiqamətində irəliləyişə nail olunub

03-06-2025

Azərbaycan Rusiya ilə tranzit yükdaşımalarına dair saziş imzalayıb

22-12-2024

Azərbaycan-Avropa İttifaqı biznes-forumu keçirilib

05-06-2018

Azərbaycan bankları üçün kibergigiyena sualları hazırlanacaq

31-05-2023

Ramin Quluzadə: Azərbaycan Çinin əsas tərəfdaşlarından biridir

01-05-2019

Asiya İnkişaf Bankı dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana kredit ayırıb

01-10-2024

Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat sahəsi üzrə məsul nazirlərinin üçtərəfli görüşü keçirilib  

23-08-2022

Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçirilib

19-02-2019

Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasında təmsil olunub

14-10-2021

AzerTelecom Avropaya rəqəmsal dəhlizin yaradılması üzrə TTI ilə müqavilə imzaladı

12-10-2022

Elektron ticarətdə elektron identifikasiyanın tətbiqi ilə bağlı dəyirmi masa keçirilib

01-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə