Previous Next
Bağla

Yerli qəzetlər və xəbər portalları niyə haker hücumu qarşısında acizdir?

02-12-2009 19:05
Yerli qəzetlər və xəbər portalları niyə haker hücumu qarşısında acizdir?

Məlum olduğu kimi, son vaxtlar milli qəzet saytları, xəbər portalları tez-tez haker hücumuna məruz qalır. Məsələn, bir neçə gün öncə hakerlər lent.az saytına hücum edərək, onun arxvini dağıdıblar. Daha öncə eyni problemi bir neçə dəfə mediaforum.az saytı yaşayıb. Hətta bu hücumlara görə saytın arxivinin bir hissəsi tamamilə dağılıb.

Xeberler.az Yeni Müsavat-ın araşdırmasını təqdim edir: "Maraqlıdır, 21-ci əsrdə KİV-lər niyə öz elektron təhlükəsizliyini təmin edə bilmir? Nəticədə arxivini, eləcə də istifadəçilərinin də kompyuterini təhlükə qarşısında qoyur?

Bu sualla öncə "Yeni Müsavat"ın  texniki direktoru Cavid Sərxanbəyliyə müraciət etdik. Müsahibimiz söylədi ki, bu problemin yaranması ilk növbədə saytın strukturu ilə bağlıdır. Onun sözlərinə görə, saytın arxivinin dağılmaması üçün lazımi tədbirlər öncədən görülməlidir: “Məsələn, ”Yeni Müsavat"ın arxivi 2 serverdə saxlanılır. Ona görə də sayta hücum olacağı təqdirdə onun ancaq bir aylıq arxivi itə bilər. Qəzetin, saytın elektron versiyasını iki bazada saxlamaq daha təhlükəsizdir. Amma milli mətbuatda bu problemin tez-tez yaşanmasına səbəb onların öz arxivlərini bir qayda olaraq yerli provayderlərdə saxlamalarıdır".

C.Sərxanbəyli dedi ki, ümumiyyətlə, haker hücumundan sığortalanmaq mümkünsüzdür. Onun sözlərinə görə, sutka ərzində fəaliyyət göstərən sayta arzuedilməz hücumlar hər dəqiqə baş verə bilər: “Hakerlərin kimliyini ancaq Milli Təhlükəsizlik Nazirliyi müəyyənləşdirə bilər. Bütün dünyada kompyuter satışları nəzarət altındadır. Onların bəlli kodları var və haker hücumu hansı kompyuterdən edilibsə, güc və təhlükəsizlik xidmətləri onu asanlıqla müəyyənləşdirə bilərlər. Bu müddətdə isə saytlar öz üzərlərinə düşən bütün təhlükəsizlik işlərini həyata keçirməlidilər”.

mediaforum.az saytının baş redaktoru Azər Qaraçənli də hesab edir ki, hakerlərin hücumlarından ən effektli qorunma yolu onların üzə çıxarılıb cəzalandırılmasıdır. Onun sözlərinə görə, bu əməlləri həyata keçirənlərin güclü biliyə sahib olması lazımdır: “Bəzən hansısa orta məktəb şagirdi bankın saytına hücum edir. Amma lazımi strukturlar onu dərhal tapıb müəyyənləşdirirlər. Haker hücumunun qarşısını tam almaq mümkün deyil. Sadəcə, texniki imkanlar var ki, onun kimliyini müəyyənləşdirib, alternativ tədbirlər görülsün. Amma bizdə mətbuata qarşı edilən haker hücumunun araşdırılması, günahkarların cəzalandırılması təcrübəsi olmayıb. Xatırlayırsınızsa, AZAL-ın şəbəkəsinə daxil olub, bilet satışı həyata keçirən hakerlər dərhal həbs edildi”.

Maraqlıdır, zamanında baş vermiş haker hücumuna görə mediaforum saytı əlaqədar orqanlara müraciət edibmi? Müsahibimiz dedi ki, belə bir müraciət etməyiblər: “Bu hücumun fəsadlarını aradan qaldıra bilən mütəxəssislər olur, onlar müdafiəni təşkil edirlər” ".

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azadlıq”ın saytına nə olmuşdu?

16-10-2010

Qaynar.info-nun serverinə haker hücumları olub

30-06-2010

Milli Məclisin rəsmi saytının təhlükəsizliyinə kim cavabdehdir ?

27-12-2015

Lent.az portalı haker hücumuna məruz qalıb

21-11-2009

Nə üçün saytlara təhlükəsizliyin təmin edilməsi üçün vəsait ayrılmır?

01-08-2012

1 milyarddan çox monitor haker hücumuna qarşı dayanıqsızdır

11-08-2016

Azərbaycanda şirkətlər niyə kiber hücuma məruz qalır?

09-11-2017

Koronavirusla bağlı sayta haker hücumu olub

27-03-2020

"Wikileaks" tərəfdarı haker qrupun növbəti hədəfi "Paypal" və ’’Amazon’’dur

13-12-2010

Facebook Messenger istifadəçiləri haker hücumuna məruz qala bilər

18-01-2017

Azərbaycan şirkətlərinin internet resurslarına kimlər hücum edib?

23-07-2016

Hakerlər Cənub Qaz Dəhlizinə hücum edib

16-06-2015

Almaniyanın media şirkəti haker hücumuna məruz qalıb

22-07-2025

Kiberhücumlardan 158 milyard dollar zərər dəyib

25-01-2016

Saytlara edilən haker hücumu hansı qurum araşdırmalıdır?

17-01-2018

Azərbaycanın və Türkiyənin internet resurslarına hücum oluna bilər

22-04-2015

Ukraynalı hakerlər "Zolotaya korona" köçürmə sisteminə hücum ediblər

30-08-2023

Hakerlər Varşava Beynəlxalq Aeroportunun fəaliyyətini pozub

22-06-2015

“jale.az” saytı haker hücumuna məruz qalıb

04-03-2013

İran internetdən ayrıldı

24-04-2012

ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsinə kiberhücum edilib

23-07-2025

Rusiya ABŞ məhkəmələrinə haker hücumunda iştirak edib

13-08-2025

Azərbaycan hakerləri xarici banklara hücumlar edib

20-04-2016

500-ə yaxın sayt dağıdıldı

06-04-2012





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə