Previous Next
Bağla

Azərbaycanda şirkətlər niyə kiber hücuma məruz qalır?

09-11-2017 11:53
Azərbaycanda şirkətlər niyə kiber hücuma məruz qalır?

Dünyada şirkətlərin, bankların tez-tez kiber hücuma məruz qaldığının şahidi oluruq.

Bu hücumlar şirkətin faliyyətinə böyük zərbə vurur. Belə ki,  hər dəfə şirkətlər kiber hücum nəticəsində böyük miqdarda gəlir itirir.

Dünyada belə hücumlara qarşı müxtəlif tədbirlər görülür. Hücuma məruz qalan şirkət bunun səbəblərini araşdırır və dərhal ciddi tədbir görür.

Azərbaycanda da son dövrlər belə hallar baş verir. Şirkətlər, xüsusən banklar kiber hücuma məruz qalır. Müşahidələrimiz göstərir ki, bu şirkətlər hücumun qarşısını almaqda çətinlik çəkir.

Bununla bağlı problemlər nədir? . Azərbaycanda şirkətlər niyə bu kimi hücumlara qarşı tədbir görməkdə tənbəllik göstərir?

Kaspersky Lab şirkətinin ölkəmizdəki nümayəndəsi Müşfiq Məmmədov 2017-ci ilin 10 ayı ərzində Azərbaycanda 5,5 min korporativ istifadəçi kiber hücumlara məruz qaldığını deyib.

Onun sözlərinə görə, orta hesabla, hər bir istifadəçi 50 hücuma məruz qalıb.

Müşfiq Məmmədov bildirib ki, əslində şirkətlərə belə hücumlar işçilərin səhvi ucbatından olur:

“Əksər vaxt içilərin hansısa lazım olmayan linklərə keçid etməsi, naməlum ünvalardan aldıqları elektron məktubları açmaqları nəticəsində hücumlar başlayır və ondan sonra inkişaf edir”.

Müşfiq Məmmədovun sözlərinə  görə, dünyada təcrübə belədir ki, şirkət hücumların qarşısını almaq üçün ilk növbədə işçilərini təlimatlandırır, onlar üçün maarifləndirici təlimlər keçir:

“İşçilərinin hazırlığı üzərində işləmək şirkətlər üçün vacibdir. Şirkətlər qeyd edilən məsələ ilə hansısa tədris proqramı hazırlamalıdır. Hazırda dünyada bu sahədə ciddi işlər görülür. Təəssüf ki, Azərbaycanda bu təcrübə düzgün səviyyədə tətbiq edilmir”.

Şirkət rəsmisi vurğulayıb ki, şirkətlər bunun əvəzinə böyük miqdarda yatırım edərək yeni avadanlıq, təhlükəsizlik proqramı almağı üstün tutur:

“Halbuki, əvvəlcədən hazırlıq görülüb, işçiləri daha yaxşı hazırlasalar, belə haker hücumlarının həyata keçirilməsi ehtimalı aşağı düşəcək. Bununla şirkətlər həm də büdcələrinə qənaət etmiş olacaq”.

O, kibertəhlükəsizliyi təmin etmək üçün kompüterlərdə yalnız antivirus proqramlarının quraşdırılmasının kifayət etmədiyini vurğulayıb.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakıda 11 min kompüter hücuma məruz qalıb

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017
Ağ Ev kiber hücuma məruz qaldı

Ağ Ev kiber hücuma məruz qaldı

09-04-2015
“Azərbaycan lisenziyalı İT həllərinə görə regionda liderdir”

“Azərbaycan lisenziyalı İT həllərinə görə regionda liderdir”

18-04-2016
Bank hakerlərin hücumuna məruz qalıb

Bank hakerlərin hücumuna məruz qalıb

13-07-2018
Bu il şirkətlərə qarşı kiber-hücumların sayı iki qat artıb

Bu il şirkətlərə qarşı kiber-hücumların sayı iki qat artıb

25-12-2015
Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

17-09-2018
Avstraliyanın aviaşirkəti haker hücumuna məruz qalıb

Avstraliyanın aviaşirkəti haker hücumuna məruz qalıb

02-07-2025
70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018
“Azərbaycanda 19 təşkilat informasiya sisteminə biganə yanaşır”

“Azərbaycanda 19 təşkilat informasiya sisteminə biganə yanaşır”

04-03-2020
“Azərbaycana maraqlar çoxaldıqca kiberhücumların sayı artacaq”

“Azərbaycana maraqlar çoxaldıqca kiberhücumların sayı artacaq”

27-02-2015
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
Facebook haker hücumuna məruz qalıb

Facebook haker hücumuna məruz qalıb

08-02-2020
İtaliyanın Hacking  şirkəti kiber hücumlara məruz qalıb

İtaliyanın Hacking şirkəti kiber hücumlara məruz qalıb

13-07-2015
Hakerlər Belçikanın hökumət saytlarına hücum ediblər

Hakerlər Belçikanın hökumət saytlarına hücum ediblər

25-03-2025
“Azərbaycan kibertəhdidlərə məruz qalan lider ölkələrdəndir”

“Azərbaycan kibertəhdidlərə məruz qalan lider ölkələrdəndir”

25-07-2016
Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

Ən çox bu sahələrə kiber hücum olur-Araşdırma

30-03-2018
Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016
Kaspersky: DdoS hücumlarının sayı artıb

Kaspersky: DdoS hücumlarının sayı artıb

15-11-2021
Azərbaycanda kiberdələduzluğa məruz qalanlar orta hesabla 25 manat itirir

Azərbaycanda kiberdələduzluğa məruz qalanlar orta hesabla 25 manat itirir

13-12-2021
Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020
Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

04-10-2016
Aleksis Şahtaxtinski:"Kiberhücumlar beynəlxalq əməkdaşlığı dərinləşdirməyi zərurətə çevirir"

Aleksis Şahtaxtinski:"Kiberhücumlar beynəlxalq əməkdaşlığı dərinləşdirməyi zərurətə çevirir"

13-04-2015
İlqar Musayev: "Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik"

İlqar Musayev: "Azərbaycana çoxlu sayda kiberhücum olur, lakin hamısını açıqlaya bilmirik"

25-09-2024
Mastercard kiber hücumlardan zərər çəkənlərə yardım edəcək

Mastercard kiber hücumlardan zərər çəkənlərə yardım edəcək

16-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə