Bu il 22-24 iyun tarixlərində Heydər Əliyev adına Sarayında "Həmişə gənc" şüarı altında "Youth vision" beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.
Xeberler.az Report-a istinadən məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, müsabiqənin həyata keçirilməsi təşəbbüsü Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına məxsusdur: "Yarışmanı İttifaqla birgə Gənclər və İdman Nazirliyi keçirir.
Müsabiqə ilə bağlı youthvision.az saytı yaradılıb.
Müsabiqədə iştirak edəcək iştirakçılar, münsiflər sayt vasitəsilə qeydiyyatdan keçərək müvafiq sənədləri doldurub, ifa olunacaq mahnıları təşkilat komitəsinə təqdim edirlər".
Nazirlik rəsmisi qeyd edib ki, təşkilat komitəsi tərəfindən seçilən ən yaxşı ifaçılara müsabiqədə iştirak üçün dəvət məktubu göndərilib:
"Müsabiqədə iştirakçı münsif onları müşayiət edən şəxs qismində 72 nəfər nümayəndənin gəlişi gözlənilir. Müsabiqədə Azərbaycan, Albaniya, Almaniya, Belarus, Braziliya, Finlandiya, Gürcüstan, Böyük Britaniya, İordaniya, İsrail, İran, İtaliya, Kolumbiya, Litva, Latviya, Moldova, Polşa, Qazaxıstan, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və Yunanıstan dövlətlərinin gənc ifaçı və münsifləri iştirak edəcək".
S.Məmmədova bildirib ki, 21 iyun 2013-cü il tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə nazirliyin Heydər Əliyev adına Sarayında keçirdiyi "Univiziya" tələbələrin birinci beynəlxalq mahnı yarışması reallaşıb:
"Həmin yarışma ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında baş tutub. Bu ildən müsabiqənin əhatə dairəsi genişləndirilərək gəncləri də bura cəlb edib və "Youth vision" adlandırılıb. Müsabiqədə 14-35 yaş arası gənclər iştirak edə bilər. Müsabiqədə ilk dəfə səslənən və ya tanınmış mahnılar ifa edilə bilər".
Müsabiqədə hər ölkəni öz münsifi təmsil edəcək. Nazirlik sözçüsü deyib ki, ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla, digər ölkələrin təmsilçilərini hər birinə müvafiq olaraq 1,2,3,4,5,6,7,8,10 və 12 bal verə biləcək:
"Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi olacaq. İlk üç yerin qalibi pul mükafatı və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir".
Onun sözlərinə görə, müsabiqənin keçirilməsinə 150 min manat xərclənməsi nəzərdə tutulub:
"Bura iştirakçıların və münsif üzvlərinin yemək, yaşayış, ekskursiya xərcləri, açılış mərasiminin təşkili, çap məhsullarının hazırlanması, müsabiqə öncəsi məşqlər, roliklərin çəkilişi və s. daxildir. Yol xərcləri müsabiqədə iştirak edəcək iştirakçı və münsiflər tərəfindən ödənilir. Müsabiqənin tərəfdaşları qismində bir neçə dövlət və özəl şirkətlərin iştirakı da nəzərdə tutulur".
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri