“Youtube”da keçirilən beynəlxalq internet müsabiqəsində Azərbaycan birincilik qazanıb

23-12-2009 / 14:40

Azərbaycanı “Eurovision-2009” mahnı müsabiqəsində ifa olunan “Always” mahnısına çəkilən klip “Youtube” saytında keçirilən beynəlxalq internet müsabiqəsində birincilik qazanıb.  Belə ki, 9 ay ərzində Azərbaycan təmsilçilərinin klipi 5,5 milyon dəfə izlənib.

İnternet müsabiqəsində ikinciliyi “Eurovision-2009” müsabiqəsinin qalibi olmuş Norveç təmsilçisi Aleksandr Rıbak “Fairytale” klipi ilə qazanıb. Bu klip “Always”dən 400 min dəfə az izləyici toplayıb.

Üçüncü yeri “Eurovision-2010” müsabiqəsi ilə bağlı Norveçdə aparılan milli seçim video-roliki tutub. Video-rolikə 3,1 milyon dəfə baxılıb. Dördüncü yeri 1,6 milyon dəfə baxılan, “Eurovision-2009” müsabiqəsində yeddinci yeri qazanmış Yunanıstan təmsilçisi Sakis Ruvasın “This is our night” mahnısına çəkilən klip tutub. Müsabiqənin ilk beşliyini “Eurovision-2009” müsabiqəsində dördüncülük qazanmış Türkiyə təmsilçisi Hadisə Açıqgözün “Düm tək-tək” mahnısına çəkilən klip tamamlayıb. Bu klip 1,3 milyon dəfə izlənib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə