“Eurovision 2012” mahnı müsabiqəsi ilə bağlı AİF -in Təklifləri

28-03-2012 / 16:47
“Eurovision 2012” mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi ilə bağlı
Azərbaycan İnternet Forumu tərəfindən Müsabiqəyə hazırlıq üzrə Təşkilat Komitəsinə göndərdiyi

TƏKLİFLƏR

( Təkliflər 11.07.2011-ci il tarixdə adı çəkilən quruma göndərilib)

1.    Bakı şəhərinin ictimai nəqliyyat portalı yaradılmalıdır. Burada bütün avtobus və digər ictimai nəqliyyat marşrutları, həmçinin bir nöqtədən başqa nöqtəyə gediş üçün yolun hesablanması olmalıdır.

2.    Google maps xidməti Bakıda turizm və ictimai əhəmiyyət kəsb edən digər   obyektlərlə zənginləşdirilməlidir.

3.    Milli İnternet resursların texniki dayanıqlığı gücləndirilməlidir. Əhəmiyyətli Milli internet resursları kütləvi ziyarət üçün hazırlanmalıdır.

4.    Mühüm informasiya əhəmiyyəti kəsb edən xəbər resurslarına və Azərbaycan haqqında resurslara maddi-texniki dəstək verilməlidir. Milli serverlərdə servis  xidmətinin işi çevik və effektiv fəaliyyət mexanizmi qurulmalıdır.

5.    Bakı şəhərinin saytı müasir tələblər baxımından tamamilə yenidən qurulmalıdır

6.    Təhsil müəssisələrinə Azərbaycanın ən görməli yerləri ilə bağlı foto-video müsabiqələr  keçirilməsi və əldə olunan materiallardın İnternetdə yerləşdirilməsi vacibdir.

7.    Youtube resursunda Azərbaycan və  Bakı ilə bağlı zəngin informasiyalara malik xüsusi kanal yaratmaq səmərəli və faydalı olardı.

8.    Turizm və informasiya yönümlü yeni resursların  yaradılması və bu istiqamətdə mövcud saytların əsaslı olaraq yenidən qurulması və dəstəklənməsi zəruridir.

9.    Eurovision  2012 keçirilən ərazidə, tədbir iştirakçıları və turistlər üçün digər əhəmiyyət kəsb edəcək yerlərdə Wi-Fi  şəbəkələrinin quraşdırılması vacibdir.

10.    İnternetin keyfiyyətinin yüksəldilməli, Geniş zolaqlı Mobil internet  infrastrukturu normallaşdırılmalı, mobil İnternetə əlçatımlıq təmin olunmalıdır.

11.    Elektron ödəniş sistemləri , ATM və post terminallar şəbəkəsi təkmilləşdirilməlidir.

12.    Potensial turistlərlə facebook ve twitter kanalları vasitəsilə effektiv ünsiyyət mexanizmləri hazırlanmalıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə