AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) kollektivi son günlər Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribata layiqli cavab verən Azərbaycan Silahlı
Qüvvələrinə dəstək nümayiş etdirir.
Xeberler.az bildirir ki, bu məqsədlə sentyabrın 29-da YT Parkın direktoru Vasif Abbasovun sədrliyi ilə iclas keçirilib. Tədbiri giriş sözü ilə açan V.Abbasov Ermənistanın hərbi təxribatına cavab olaraq əsgərlərimizin düşmənə layiqli cavab verdiyini bildirib, erməni silahlı qüvvələrinin ağır itkilərə məruz qalmasını Azərbaycanın yüksək döyüş hazırlığı olan güclü orduya malik olması ilə əlaqələndirib. Qeyd edib ki, Ali Baş Komandanın səriştəli və doğru siyasət yürütməsi nəticəsində Azərbaycana məxsus bir neçə kənd və strateji əhəmiyyət daşıyan obyektlər qısa müddət ərzində düşməndən geri alınmışdır.
Parkın direktoru vurğulayıb ki, rəhbərlik etdiyi qurumun rezidenti olan AMEA-nın Təcrübə-Sənaye Zavodunda ən müasir tələblərə cavab verən, yüksək keyfiyyətə malik mühərrik, transmissiya, kompressor, hidravlika yağları, sürtkü materialları və s. istehsal edilir. Onun sözlərinə görə, Təcrübə-Sənaye Zavodu zərurət yarandığı halda Azərbaycan Ordusuna dəstək verməyə, Ordumuzu müxtəlif mühərrik yağları və digər vasitələrlə təchiz etməyə hazırdır.
İclasda Ermənistanın Dağlıq Qarabağla əlaqədar BMT-nin məlum qərarlarına məhəl qoymaması və sülh danışıqlarını müxtəlif vasitələrlə pozmaq səyləri qətiyyətlə pislənib. Bildirilib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.
Sonda düşmən qüvvələrinin ağır itkilərə məruz qalmasının ordu-xalq, xalq-Ali Baş Komandan birliyinin məntiqi nəticəsi olduğu vurğulanıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri