‘Microsoft”un qurucusu internet nəhənglərini məhkəməyə verdi

30-08-2010 / 01:54

Pol Allen “Apple”, “Google”, “Facebook” və digər nəhəng internet-şirkətləri patent hüquqlarını pozmaqda ittiham edir

“Microsoft” şirkətinin qurucusu, milyarder Pol Allen “Apple”, “Google”, “Facebook” və ABŞ-ın digər nəhəng internet-şirkətlərini məhkəməyə verib. Pol Allen internet-şirkətləri özünə məxsus “İnterval Research” firmasının patent hüquqlarını pozmaqda ittiham edir.

Bu patentlər informasiyanın interneti istifadəçilərinə çatdırılması üsulları ilə bağlıdır. “Google” isə yaydığı açıqlamada Pol Allenin addımını xoşagəlməz tendensiyanın başlanğıcı kimi qiymətləndirib və onu məhkəmədə deyil, bazarda rəqabət aparmağa çağırıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə