Previous Next
Bağla

“Azercell qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir”-Açıqlama

15-11-2016 15:07
“Azercell qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir”-Açıqlama

Məlumat verdiyimiz kimi, Azərbaycanda rabitə müəssisələri (operatorlar) ilə bağlı yeni tələblər irəli sürülür.

Belə ki, Milli Məclisdən verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə 362-1 və 362-2 maddələrinin əlavə edilməsi təklif olunur.

362-1 maddəsində rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatların daxil edilməməsinə görə cərimələrin tətbiqi nəzərdə tutulur.

Həmin maddəyə əsasən, yuxarıda qeyd olunan tələbin yerinə yetirilməməsinə görə, vəzifəli şəxslər iki min, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd min, hüquqi şəxslər altı min manat cərimə edilir.

362-2-ci maddədə isə ərizəçiyə dair məlumatların vahid məlumat bazasına elektron formada daxil edilmədən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsinə görə cərimələr nəzərdə tutulur. Bu tələbin yerinə yetirilməməsinə görə, vəzifəli şəxslər iki min, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd min, hüquqi şəxslər altı min manat cərimə edilir.

Təklif edilən dəyişikliklərin Milli Məclisin növbəti plenar iclaslarında müzakirəyə çıxarılacağı gözlənilir.

Bu yeni təklif mobil operatorların fəaliyyətinə  necə təsir edəcək? Ümumiyyətlə, onlar Milli Məclisin yeni tələbələrini necə qiymətləndirir?

“Müvafiq layihə ilə bağlı təklif və rəy bildirilməsi üçün Azercell Telekom-a hər hansı müraciət daxil olmayıb”.

Bu barədə sorğumuza cavab olaraq Azercell şirkətindən məlumat verilib.

Qeyd edilib ki, fəaliyyətini Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qurmuş Azercell Telekom, qanunvericiliyin tələblərinə riayət edir:

“Bu baxımdan qanunvericilikdə hər hansı dəyişiklik olduqdan, Azercell tərəfindən müvafiq normalara riayət edilməsi təmin edilir. Bundan başqa nömrələrin satışını təşkil edən diler\distribütorlar vasitəsi ilə nömrələrin istifadəyə verilməsi ilə bağlı müqavilə bağlanarkən, müvafiq qrafalarında uyğun bilgilərin daxil edilməsinə daima xüsusi diqqət göstərilir. Şirkətimiz tərəfindən diler və distribütorların əməkdaşları daima tədrislərə cəlb edilərək, xüsusi təlimlər alırlar”.

Şirkət qeyd edir ki, istifadəçilərlə  müvafiq müqavilə bağlanmasında əsas prinsiplərindən birinin məhz abunəçi bilgilərinin müqaviləyə dəqiq və dolğun daxil edilməsi olduğu xüsusi ilə izah edilir.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda mobil operatorlarla bağlı yeni tələblər

Azərbaycanda mobil operatorlarla bağlı yeni tələblər

15-11-2016
 Mobil operatorlar yeni tələblərlə razıdır?- Rəsmi

Mobil operatorlar yeni tələblərlə razıdır?- Rəsmi

16-11-2016
Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

Telekommunikasiya vasitələrinin qanunsuz dövriyyəsinə görə yeni cərimələr məlum olub

04-02-2023
Mobil cihazın qeydiyyatından yayınanlar cərimə ediləcək-Məbləğlər

Mobil cihazın qeydiyyatından yayınanlar cərimə ediləcək-Məbləğlər

28-01-2023
Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

Mobil cihazın qeydiyyatından yayınanlar 12 min manatadək cərimə ediləcək

30-11-2022
Bu qurğulardan qanunsuz istifadə ilə bağlı cərimələr təsdiqləndi

Bu qurğulardan qanunsuz istifadə ilə bağlı cərimələr təsdiqləndi

27-12-2022
Sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik edənlər cərimə ediləcək

Sosial şəbəkədə cəmiyyətə açıqca hörmətsizlik edənlər cərimə ediləcək

26-01-2026
Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

Sosial şəbəkədə qeyri-etik paylaşım edənlər məsuliyyətə cəlb ediləcək

24-11-2025
Telefon nömrələrinin satış qaydaları dəyişdi

Telefon nömrələrinin satış qaydaları dəyişdi

24-08-2015
Kosmik fəaliyyət haqqında qanunvericiliyə dəyişiklik edilib

Kosmik fəaliyyət haqqında qanunvericiliyə dəyişiklik edilib

27-12-2024
Qadağan olunmuş xəbərlərə görə cərimə- Məcəlləyə dəyişiklik

Qadağan olunmuş xəbərlərə görə cərimə- Məcəlləyə dəyişiklik

25-11-2017
Kosmik fəaliyyət haqqında qanunvericiliyi pozanlar cərimələnəcək

Kosmik fəaliyyət haqqında qanunvericiliyi pozanlar cərimələnəcək

04-12-2024
"İCMAL" "Rəqəmsal dövlət maliyyəsi"nin tərkibinə daxil edilir

"İCMAL" "Rəqəmsal dövlət maliyyəsi"nin tərkibinə daxil edilir

21-04-2026
Taksi sifarişi operatorları üçün yeni cərimələr müəyyənləşir

Taksi sifarişi operatorları üçün yeni cərimələr müəyyənləşir

12-06-2023
Haqsız reklamı təkzib etməyən rəqəmsal platforma təsirçisi cərimələnəcək

Haqsız reklamı təkzib etməyən rəqəmsal platforma təsirçisi cərimələnəcək

30-05-2025
"İCMAL" elektron informasiya sistemi yaradılır

"İCMAL" elektron informasiya sistemi yaradılır

20-05-2025
Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib

Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib

19-09-2023
 "İnternet portallarında qanunsuz idman mərc oyunları reklam edilir"

"İnternet portallarında qanunsuz idman mərc oyunları reklam edilir"

16-02-2023
İnzibati xəta haqqında məlumatlandırılma qaydası müəyyənləşir

İnzibati xəta haqqında məlumatlandırılma qaydası müəyyənləşir

20-05-2025
İnternetdə informasiya yayımına dair tələbi pozan cəzalanacaq

İnternetdə informasiya yayımına dair tələbi pozan cəzalanacaq

01-12-2017
“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir

19-01-2017
Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib

Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib

21-05-2025
Mobil telefonunu və ya sim kartını başqalarına kirayə verən şəxslər cərimələnəcək

Mobil telefonunu və ya sim kartını başqalarına kirayə verən şəxslər cərimələnəcək

01-10-2010
Qanunvericiliyə dövlət informasiya sistemlərinin məlumatları ilə bağlı maddə daxil edilir

Qanunvericiliyə dövlət informasiya sistemlərinin məlumatları ilə bağlı maddə daxil edilir

19-02-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə