Previous Next
Bağla

“Azexport” nar, xurma və sitrus məhsulları Belarusa ixrac edib

21-10-2025 13:44
“Azexport” nar, xurma və sitrus məhsulları Belarusa ixrac edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “azexport.az” portalının təşkilatçılığı ilə Belarus Respublikasının topdansatış şəbəkəsinin nümayəndələri Azərbaycana səfər ediblər.

Xeberler.az bildirir ki, səfər çərçivəsində Lənkəran, Astara, Göyçay və Hacıqabul rayonlarında yerli sahibkarlarla görüşlər keçirilib, məhsulların yetişdirildiyi bağlarda və saxlama kameralarında yaradılan müasir imkanlar barədə əyani təqdimatlar olub.

Belarusun topdansatış şəbəkəsinin direktoru Andrey Drozden bildirib ki, rəhbərlik etdiyi şirkət İspaniya, Türkiyə, Misir, Özbəkistan kimi ölkələrdən məhsul idxal edir. Azərbaycanda qurulan bağlar və məhsulların keyfiyyəti isə ziyarətçilərin xüsusi marağına səbəb olub: “Xüsusilə sitrus məhsulları və xurma çox dadlı və keyfiyyətlidir.

Hesab edirəm ki, Azərbaycanda yetişdirilən sitrus məhsulları dünya bazarında olan məhsullar sırasında dadına və keyfiyyətinə görə ilk üçlükdə yer alır. “Azexport” portalının dəstəyi ilə baş tutan bu səfər və imzalanan müqavilələr hələ başlanğıcdır. Biz artıq növbəti həftələrdə qənnadı və konservləşdirilmiş məhsulların istehsalı ilə tanış olmaq və sifarişləri təyin etmək üçün səfərləri planlamağa başlamışıq”- deyə A. Drozden əlavə edib.

“Azexport” portalı indiyədək “Gələn Alıcı Missiyası” (İncoming Buyer Mission) proqramı çərçivəsində ABŞ, Türkiyə, Rusiya, Kanada və Avropa İttifaqı ölkələrindən şirkət nümayəndələrini yerli sahibkarlar və infrasturkturla tanış edib və Azərbaycan məhsullarının bu ölkələrdə tanıdılmasını dəstəkləyib. Görüşlərdə iştirak etmək istəyən şirkətlər portala müraciət edə bilərlər. Görüşlərin təşkili və portal tərəfindən təqdim olunan xidmətlərə dair xidmət haqqı və ya komissiya nəzərdə tutulmur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azexport” və “Tradexter Global” arasında memorandum imzalanıb

13-12-2024

"Azexport" Azərbaycan məhsullarının ABŞ-a ixracına başlayır

28-12-2022

“Azexport”un dəstəyi ilə Azərbaycandan Efiopiyaya un məmulatları ixrac olunacaq

16-09-2024

USAID və Azexport əməkdaşlıq edir

08-02-2023

Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb

26-08-2025

“Azexport” Azərbaycan məhsullarının Yaponiyaya ixracını genişləndirir

18-03-2026

Azexport portalının dəstəyi ilə ixrac coğrafiyası genişlənir

22-11-2019

Azexport portalına daxil olan ixrac sifarişlərin dəyəri azalıb

30-09-2022

Ötən il “Azexport” portalı ixracatçılara 61 ədəd sərbəst satış sertifikatı təqdim edib

22-01-2025

“Azexport” portalının dəstəyi ilə Efiopiyaya məhsul ixrac ediləcək

22-11-2024

“Azexport” portalı ABŞ-nin Kaliforniya ştatından sifariş alıb

05-01-2026

“Azexport”a olan sifarişlər azalıb

31-10-2022

Azexport regional e-ticarət platformasına qoşuldu

01-06-2017

“Azexport.az”da yenilik: portal ölkədaxili çatdırılma xidmətini istifadəyə verib.

21-12-2023

"Azexport" daha bir məhsula Sərbəst Satış Sertifikatı verib

09-10-2025

“Azexport” Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib

17-06-2025

Azərbaycanda virtual sərgi və konfrans məkanı istifadəyə verildi

29-12-2023

“Azexport”un nümayəndə heyəti Türkiyədə bir sıra görüşlər keçirib

06-10-2025

Azexport-a 193 milyon dollar ixrac sifarişi daxil olub

17-07-2017

“Azexport” portalının dəstəyi ilə “Company Visit” təşkil olunub

30-09-2024

Azexport portalı ilk dəfə Hindistana yun ixrac edəcək

15-04-2019

Yaradıcı məhsulların Azexport portalı ilə ixrac imkanları mövzusunda təqdimat keçirilib

10-10-2019

Azexport portalının uğurlarına aid Video İcmal hazırlanıb

15-11-2019

Azərbaycan məhsullarının Baltikyanı ölkələrə ixracı müzakirə edilib

24-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə