Previous Next
Bağla

“Mən Azərbaycanlıyam” yarışmasında 200 nəfər qalib olub

05-02-2016 15:56
“Mən Azərbaycanlıyam” yarışmasında 200 nəfər qalib olub

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstək verdiyi “Mən Azərbaycanlıyam” milli intellektual bilik yarışmasında indiyədək 200 nəfər qalib olub.

Xeberler.az RYTN-nin elektron xəbər xidmətinə  istinadən məlumat verir ki, layihənin müəllifi və istehsalçısı MZ production-ın rəhbəri Üzlüfət Qasımovanın verdiyi məlumata görə, başlıca məqsəd doğma vətənimiz Azərbaycanı daha yaxından tanımaqda və tanıtmaqda yardımçı olmaqdır.

Gənclər və İdman Nazirliyinin təşəbbüskarı və sifarişçisi olduğu yarışmaya Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hərtərəfli dəstək göstərir. Bu dəstək qaliblərə hədiyyənin verilməsi ilə yanaşı, yarışmaya texnoloji yardımı da ehtiva edir.
 
 Ü.Qasımova əlavə edib ki, “Mən Azərbaycanlıyam” milli bilik yarışması hər həftənin bazar günü saat 19:00-da (təkrarı çərşənbə günü saat 19:00-da) “Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirində yayımlanır.  Hər həftə 10 nəfər iştirakçı arasında keçirilən yarışda bir qalib seçilir.

Sonrakı mərhələdə 10 həftənin qalibləri yarışır.

Finalda isə yarışmaya ayrı-ayrılıqda 10 həftə üzrə qalib olmuş 4 iştirakçı qatılır. Sonda I yer üzrə 1 nəfər, II yer üzrə isə 3 nəfər qalib kimi təsdiq olunur. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bütün mərhələlər üzrə qaliblərə hədiyyələr (əsasən noutbuklar) təqdim olunur

“Yarışmada mütəmadi olaraq Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda həyata keçirilən yeniliklər, xüsusilə milli peykimiz və “Elektron hökumət” quruculuğuna dair suallar da səsləndirilir”, - deyə “MZ production”-ın rəhbəri vurğulayıb.

Qeyd edək ki,  “Mən Azərbaycanlıyam” milli bilik yarışmasında iştirak elektron qaydada aparılır.
 
Belə ki, 15-29 yaş aralığında olan hər kəs www.mzproduction.az saytına daxil olmaqla rahat şəkildə qeydiyyatdan keçə bilər. Qeydiyyat prosedurunu uğurla tamamlayan istifadəçilərin ilk növbədə intellektual səviyyəsi yoxlanılır, bundan sonra yarışmada iştirakı təsdiqlənir.
 
Bu il start verilən 6-cı mövsümdə oyunda iştirak üçün müraciət edənlərin sayı 4000 nəfərdən artıqdır. Amma qaydalara görə, hər oyunda  10 nəfərin iştirakı mümkündür.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Mən Azərbaycanlıyam” milli bilik yarışmasının onlayn versiyası internet istifadəçilərinin böyük marağına səbəb olmuşdu. Belə ki, 6 ay  müddətində 231 416 nəfər bu yarışmaya qatılmışdı.  RYTN-in təşkil etdiyi onlayn yarış bitdikdən sonra buraxılan mobil versiya uduşsuz olmasına baxmayaraq 100 000 dəfədən çox yüklənib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinin qalibləri məlum oldu

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinin qalibləri məlum oldu

29-05-2019
Gənc iqtisadçıların intellektual yarışına start verildi!

Gənc iqtisadçıların intellektual yarışına start verildi!

10-10-2009
"Nar" SABAH Bilik yarışmasının keçirilməsinə dəstək oldu

"Nar" SABAH Bilik yarışmasının keçirilməsinə dəstək oldu

03-11-2022
"AIM Congress"in Startap Yarışmasının Milli Turuna qeydiyyat başlayıb

"AIM Congress"in Startap Yarışmasının Milli Turuna qeydiyyat başlayıb

21-02-2025
Azercell daha bir bilik yarışmasına dəstək oldu

Azercell daha bir bilik yarışmasına dəstək oldu

10-12-2015
İnşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

İnşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

21-05-2018
Nazir dünya üçüncüsü olan şagirdə medalını təqdim edib

Nazir dünya üçüncüsü olan şagirdə medalını təqdim edib

17-12-2019
Növbəti epistolyar inşa müsabiqəsinə yekun vurulub

Növbəti epistolyar inşa müsabiqəsinə yekun vurulub

02-05-2015
Ən çox istifadə olunan e-xidmətlərin siyahısı açıqlanıb

Ən çox istifadə olunan e-xidmətlərin siyahısı açıqlanıb

09-06-2015
Nar mətbuat nümayəndələrini bir araya topladı

Nar mətbuat nümayəndələrini bir araya topladı

17-12-2018
48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi

48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi

13-12-2018
Müsabiqə qalibləri mükafatlandırılıb

Müsabiqə qalibləri mükafatlandırılıb

09-05-2019
Ən çox istifadə olunan e-xidmətlərin adları

Ən çox istifadə olunan e-xidmətlərin adları

10-04-2015
Ən çox istifadə olunan e-xidmətlər- Siyahı

Ən çox istifadə olunan e-xidmətlər- Siyahı

11-03-2015
Nar media nümayəndələrini bir araya topladı

Nar media nümayəndələrini bir araya topladı

22-07-2019
Bu gün MilliNet 2016-nın qalibləri açıqlanacaq

Bu gün MilliNet 2016-nın qalibləri açıqlanacaq

22-12-2016
“Elektron hökumət” portalından  1,4 mln. nəfər istifadə edib

“Elektron hökumət” portalından 1,4 mln. nəfər istifadə edib

10-04-2015
“Elektron hökumət” portalına 4 milyondan çox giriş olub

“Elektron hökumət” portalına 4 milyondan çox giriş olub

11-03-2015
“Startup school” da ideya yarışı keçiriləcək

“Startup school” da ideya yarışı keçiriləcək

05-04-2023
17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17 May Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günüdür

17-05-2020
Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan olunub

Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan olunub

13-11-2025
Microsoft Imagine Cup müsabiqəsi ilə bağlı tədbir keçirilib

Microsoft Imagine Cup müsabiqəsi ilə bağlı tədbir keçirilib

17-03-2018
ÜPİ məktəblilər arasında növbəti epistolyar inşa müsabiqəsini keçirir

ÜPİ məktəblilər arasında növbəti epistolyar inşa müsabiqəsini keçirir

17-09-2010
“MTN işi” ilə bağlı 15 nəfər həbs edilib

“MTN işi” ilə bağlı 15 nəfər həbs edilib

28-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə