Previous Next
Bağla

“Mobil operatorların gəlirləri azalır”

13-10-2017 10:41
“Mobil operatorların gəlirləri azalır”

Beynəlxalq texnologiya şirkətlərinin İT-də şöbəsindəki iş prinsipi sektorda ən çox diqqətdə olan məsələlərdəndir. Daha çox İT mütəxəssislər bu kimi məqamlarla maraqlanır.

Xeberler.az olaraq dünyada və Azərbaycanda məşhur İT şirkətlərdə qeyd etdiyimiz istiqamətdə araşdırmalar edib, oxucularımıza mütəmadi məlumat təqdim edirik.

Bakcell şirkəti də dünyada mobil operator şirkətləri arasında fərqlənir. Şirkətin texniki kollektivinin iş prinsipi barədə Bakcell-in baş texniki direktoru Yiğit Berktaş ilə ətraflı söhbət etdik.

Yiğit Berktaşın məlumatına görə, hazırda Bakcell-in İT və texniki şöbəsində 400-ə qədər mütəxəssis çalışır.

Onlardan yalnız 5 nəfəri xaricidir, digərləri isə azərbaycanlı mütəxəssislərdir. Öyrənirik ki, Bakcell bu şöbələrdə çalışanların özlərini inkişaf etdirməsinə şərait yaradıb, müxtəlif imkanlar təqdim edir:

“Hər kəs işlədiyi sahədə istifadə etdiyi müxətlif tətbiqlərə görə şirkətin daxilində və xaricdəki təlimlərə qatılır. Şirkət olaraq bəzən 20 nəfəri bir yerdə xaricə təlimə göndərə bilmirik. Ona görə də bəzən təlimçini xaricdən Azərbaycana dəvət edirik, burada mütəxəssislər üçün seminarlar təşkil edirik”.

O qeyd edib ki, təlimlərin mövzsuu hər il İT trendlərə görə dəyişir. Şirkət rəsmisinin sözlərinə görə, hazırda daha çox Cloud-Bulud texnologiyalardan istifadə edirlər:

“Bu texnologiyadan həm müştəriyə təqdim etmək, həm də öz işimizi daha effektli qurmaq üçün istifadə edirik. Bulud texnologiyaları ilə həm də işimizi daha aşağı maliyyə ilə həyata keçirə bilirik. Düzdür, bu kimi sistemlər daha sərfəli, keyfiyyətlidir, amma əsas olan Bulud texnologiyaların bəzi tətbiqlərə uyğunlaşdırılmasının daha rahat olmasıdır. Məsələn, elə tətbiqlər var ki, orada digər texnologiyalar sistemə çox çətinliklə uyğunlaşa bilir. Cloud-la isə bu, asan başa gələ bilir”.

Yiğit Berktaş onu da vurğulayıb ki, getdikcə səsdən gələn gəlirlər sürətlə azalır, insanlar bu xidmətdən daha az istifadə edir. Ona görə də operatorlar gəlirlərini qorumaq üçün yeni sahələrə yatırım etmək məcburiyyətindədir:

“Müştərinin təcrübəsini, həyatındakı ehtiyaclarını qarşılamaq üçün müştəri hansı istiqamətdə irəliləyirsə, bizim kimi şirkətlər də o sahəyə yatırım etməlidir. Bu yatırımlarda bir addım öndə olmaq lazımdır. Yəni, müştərinin gələcəkdə ehtiyacını da indidən təhlil edib, ona uyğun xidmət qurmalıyıq. Əlbəttə ki, öncə o ehtiyacı da formalaşdırmalıyıq. Yeni texnologiyaları müştərinin ehtiyacını qarşılayacaq şəkildə qurmalıyıq. Məsələn, biz son vaxtlar LDT Advance yatırımları edirik. Bu sistemi dəstəkləyən telefon sayı Azərbaycanda çox azdır”.

Baş direktor bu sahələrdə çalışanların əmək haqqı məsələsinə gəlincə isə qeyd edib ki, Bakcell Azərbaycanda digər firmalarla müqayisədə daha yaxşı maaş verir.

O, texniki şöbədə müştərilərlə işləyəndə qarşılaşdıqları problemlərə də toxunub:

“Bəlkə də bəzi məsələləri müştərilərə doğru formada başa sala bilmirik. Məsələn, bəzi internet paketləri satırıq. Həmin paketlərdə internet sürəti qeyd edilir. Paketi alan müştəri zəng edir ki, niyə sürət zəifdir?. Yəni, istifadəçi paketdə yazılandan daha çox sürət tələb edir. Əslində, həmin paketdə bu sürət qeyd edilib. Müştərilər də bunu texiniki problem kimi qarşılayır”.

Yiğit Berktaş qeyd edib ki, ən çox da saytların özündə problem olanda müştəri bunu internetin problem kimi qəbul edir:

"Əksər vaxt istifadəçilər veb saytların fəaliyyətindən qaynaqlanan problemləri Bakcell-in günahı kimi qəbul edir. Məsələn, hər hansı bir sayta daxil olursunuz, ola bilər ki, saytın yerləşdiyi serverdə problem var və açılmır. Bu zaman istifadəçi elə başa düşür ki, internetin probleminə görə sayta daxil ola bilmir. Eləcə də bəzən Facebook və digər qlobal patformalarda belə hallar yaşana bilir”.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bakcell”in rəhbəri dəyişdi

08-02-2011

Bakcell şəbəkə yenilənməsinin başa çatdığını elan edir

03-11-2015

"Bakcell mobil internetin sürətinə görə ölkədə liderdir" - Netindex

10-03-2015

Azercell-in “yağlı” müştərilərini kim ələ keçirmək istəyir?

22-02-2017

Bölgələrdə internet niyə yaxşı deyil? – Açıqlama

11-10-2017

«Azercell»lə «Bakcell»in 1 GB rəqabəti - ƏN SƏRFƏLİ MOBİL İNTERNET KİMDƏDİR?

13-06-2024

“Müştərilərimizin 3.5 faizi şikayət üçün zəng edir”

20-12-2015

“Bakcell müştəriləri danışıq və internet üçün daha az xərcləyir”

16-02-2016

bp-Azerbaijan-ın Azercell-dən imtina etməsinin səbəbi nədir?

28-08-2009

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

09-09-2024

Bakcell istifadəçilərinə xoş xəbər

16-10-2010

Bakcell-in bütün internet paketləri 4G şəbəkəsində istifadə oluna bilər

21-08-2018

Bakcell “F1 Star” Azərbaycanda ən sürətli fiber internetini təqdim edir

15-05-2024

Bakcell Bakıda yeni konsept mağazasını təqdim etdi

01-02-2021

Azərbaycanda ilk-5G şəbəkəsi test edilir

07-12-2017

Bakcell-in yeni Satış və Xidmət Mərkəzi açılıb- Foto

27-07-2016

“Bakcell” bəzi sosial şəbəkələrə girişlə bağlı problemi aradan qaldırıb

09-03-2011

Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

15-11-2019

Müştəri rəyini öyrənən yeni texnologiya

12-12-2017

“Sərfəli qiymətlərlə ən üstün mobil rabitə xidməti təqdim edirik”

30-09-2015

“Əsas məqsədimiz Bakcell-i digər rəqiblərdən fərqləndirməkdir”

13-01-2017

Bakcell abunəçilərinə iki növ 3G tarifi təklif edir

25-11-2011

Bakcell Qəbələdə daha bir mərkəz açdı

28-09-2018

“Azərbaycanda oyun sahəsinə maraq artır”

07-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə