Ölkəmizdə müştəri məmnuniyyətini çox rahat ölçə bilmək üçün proqram təminatı hazırlanıb.
Belə ki, Qmeter platforması ilə müştərilərdən birbaşa yerində və ya sonradan SMS, e-mail göndərməklə rəy toplamaq mümkündür. Bununla da xidmətlər barədə müştəri ilə yaxından maraqlana, onların rəylərini asan formada öyrənə bilərsiniz. Nəticədə, işinizi onları məmnun edəcək formada təşkil edə bilərsiniz.
Məlumat verdiyimiz kimi, bu yaxınlarda Azərbaycanda 3-cü Rəqəmsal Marketinq Konfransı (DCM2017) keçirildi.
Konfransda Qmeter proqramından faydalı istifadə edilib.
Belə ki, konfransın Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata görə, Qmeter ilə tədbir haqqında 4-5 dəfə qiymətləndirmə üçün SMS göndərilib.
Qeyd edilib ki, konfrans çərçivəsində onlarda olan iştirakçı nömrələrə yox, yalnız həmin vaxt zalda olan insanlara SMS göndərilib.
Toplam olaraq isə 2061 rəy (feedback) alınıb. Bu rəylərin 3.35%-i çox pis, 4.51%-i pis, 22.66% neytral, 30.96% yaxşı, 38.52%-i isə əla üzrə qiymətləndirib. Ümumi olaraq sistem bütün parametrlər üzrə səsverməni təhlil edib tədbirin özünə 100-dən 48.4 bal verib.
Tədbir boyu səsvermədə iştirakçıların ancaq 109 nəfəri aktiv iştirak edib.
Sistemin fəaliyyəti, işləmə mexanizmi ilə bağlı ətraflı layihənin rəhbəri Adil Abdullayev ilə söhbət etdik.
Onun sözlərinə görə, istənilən sahədə, biznesdə müştərinin önəmi hər gün daha da artır. Belə ki, artıq bizneslər müştəriyə istiqamətli qurulur:
“İndi elə bir dövrdür ki, müştərinin xidmətdən razı qalıb-qalmamasını, bəyənmədiyi məqamları öyrənmək və onu yerində həll etmək çox vacibdir. Çünki hazırda rəqabət çox güclüdür, ona görə də müştərinin də seçimi çoxdur. Biz də şirkətlərin işini asanlaşdırmaq üçün belə sistem yaratdıq”.
Adil Abdullayev qeyd edib ki, bu sistem müştərilərdən onları bezdirmədən tez zamanda feedback toplayır. Həmin rəylərin analiz olunmasında isə sistemin arxasında böyük məlumat modulu işləyir:
“Bununla da bütün verilənləri analiz edib sirkətin zəif tərəflərini müəyyən etmək olur. Yaratdığımız SLI (Satisfaction Level Indicator) adlı ölçü vahidimiz var. Bunun sayəsində şirkətin xidmət keyfiyyətini bir rəqəmlə ifadə edə bilirik. İndiqatorun məqsədi göstərilən xidmətin maksimum alına biləcək dərəcə ilə faktiki alınan nəticənin qarşılaşdırılmasıdır”.
Onun sözlərinə görə, SLI-i tətbiq etməklə Qmeter-in yeni dövrünə başlayıblar. Məqsədləri isə sistemin bütün dünyada tətbiq edilməsidir.
Öyrənirik ki, sistemdən hazırda kiçik kafe, restoranlardan tutmuş, ADNOC (Abu Dhabi National Oil COmpany), McDonalds kimi böyük şirkətlər istifadə edir.
Sistemin qiymətinə gəlincə isə Adil Abdullayev bildirib ki, bu, Feedback toplamaq üçün istifadə olunan tablet sayına görə müəyyən edilir:
“Azərbaycan bazarında aylıq 20 AZN təklif edirik. Məsələn, 20 mağazası olan bir şirkət hər mağazaya görə bir lisenziya alır. Bu da ayda 400 AZN edir. Qlobal bazarda isə qiyməti tablet başına 20 dollardan müəyyən etmişik”.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri