Casus şəbəkəsinin mərkəzi Çində olduğu aydınlaşdı

03-04-2009 / 15:25

Kanada araşdırmaçıları casus şəbəkəsi tapıblar. Kompüter casus şəbəkəsinin qaynağının Çin olduğu təbit edilib. GhosNet adının verildiyi şəbəkəni üzə çıxartmaq üçün 10 aydır ki axtarış işləri aparılır.

 Nəticələrə əsasən, mərkəzi Çində olan şəbəkə 103 fərqli ölkədə 1295 kompüterə sızıb.Casus şəbəkəsi kompüterlərdəki hər cür faylı, hətta e-poçtları belə oxuya bilirmiş. GhosNet`in sızdığı kompüterlərin hamısı Cənub və Cənub-Şərqi Asiyada yerləşir.

Ən çox diqqəti çəkən isə şəbəkənin Tibetin sürgündəki lideri Dalai Lamanın Hindistan, Brüksel, London və New Yorkdakı ofislərinə aid kompüterlərin hamısına sızmış olmasıdır.

 Çin hökümətinin məsələyə aydınlıq gətirən şərhçisi qeyd edib ki, “dövlətin qəti olaraq bununla əlaqəsi yoxdur”. Beynəlxalq Təhlükəsizlik təşkilatlar məsələ ilə bağlı tədqiqata başlayıblar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə