Mətbuat Şurası monitorinqin nəticələrini açıqladı

09-04-2009 / 16:03

Bu gün Azərbaycan Mətbuat Şurası mətbuatda peşə etikası və qaydalarının gözlənilməsi çərçivəsində 2009-cu ilin mart ayı üzrə monitorinqin nəticələrini açıqlayıb.

Bu gün keçirdiyi mətbuat konfransında MŞ sədri Əflatun Amaşov bildirib ki, monitorinq nəticəsində ötən ay 1967 peşə etikası pozuntusu aşkarlanıb.

Ə. Amaşovun sözlərinə görə, monitorinq zamanı daha çox pozuntu halları jurnalistin tərəf kimi çıxış etməsi (350 dəfə), balansın pozulması (324 dəfə), jurnalistin lehinə və əleyhinə təbliğatı (306 dəfə), özgə müəllifin yazılarına istinad edilmədən istifadə (306 dəfə), özgəsinin materialından müəllifi göstərilmədən öz imzası ilə istifadə (304 dəfə), inandırıcı olmayan izaha əsaslanmaqla informasiya mənbəyinə istinad edilməməsi (127 dəfə), işgüzar imicə zərbə vurulması (95 dəfə), faktın təhrifi (33 dəfə), təhqir (33 dəfə), böhtan (26 dəfə) üzrə qeydə alınıb. Bu tipli pozuntuların ümumi sayı 1904-dür və pozuntuların 97 faizini təşkil edir.

Amaşovun sözlərinə görə, ötən ay eyni pozuntunun xarakterik hal aldığı qəzetlər “Səs”, “Olaylar”, “Yeni Müsavat”, “Təzadlar”, “Zaman”, “Respublika”, “Reytinq”, “Azadlıq”, “Müasir Müsavat” və “Xural” qəzetləridir. Monitorinq zamanı qəzet və saytlarda “Adın qorunması (şərəf və ləyaqət, şəxsi həyatın toxunulmazlığı)” prinsipinin ümumilikdə 188 dəfə pozulduğu aşkarlanıb. Bu pozuntulardan 120-dən çoxu həftədə 2-3 və bir dəfə nəşr olunan qəzetlərin payına düşür.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə