Windows Vista nə dərəcədə təhlükəsizdir?

17-04-2009 / 15:06

Əməliyyat sistemlərinin təhlükəsizliyi hər zaman müzakirə obyekti olmuşdur. Bu yaxınlarda Microsoft nümayəndəsi Windows Vista-nın və eləcə də hazırlıq mərhələsində olan Windows 7-nin dünyada ən təhlükəsiz ƏS olduğunu bildirdi.

Bu sözlər Kevin Ternerin MidMarket CİO Summit`dəki çıxışında yer alıb: "Bu yaxınlarda yeni servis paketi çıxan Windows Vista hazırki zamana qədər bizim yaratdığımız ən etibarlı və təhlükəsiz əməliyyat sistemidir. O bu göstəricilərinə görə hətta linux və Apple Leopard`ı geridə qoyur. Windows Vista yaranarkən əldə olunan nəaliyyətlərimizin hamısını Windows 7`yə də tətbiq edəcəyik".

Əlbəttə, Windows Vista`nı Microsoftun indiyə qədər ən təhlükəsiz əməliyyat sistemi adlandırmaq olar, amma dünyada onun lider olmasını deməkdə Terner bəlkə də bir qədər tələsib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə