Bakcell bağlanır?!

05-05-2009 / 15:36

Artıq bir neçə gündür ki, Bakcell operatorunun abunəçiləri 2 və 1 manatlıq danışıq kartlarını ya tapa bilmirlər, ya da əl altdan baha qiymətə almağa məcbur olurlar. Kontur qıtlığı möhtəkirlərin əl-qolunu açmaqla yanaşı insanlar arasında “Bakcell” bağlanır”, “Böhran “Bakcell”i də vurdu” və s. bu kimi şayiələrin yayılmasına rəvac verib. Şirkət rəhbərliyinin də məlumat yaymaması insanların şayiə yaradıcılığına stimul verib.

Məhz bu şayiələrə aydınlıq gətirmək məqsədilə “Bakcell” şirkətinin baş ofisi ilə əlaqə saxladıq. Özünü Kəmalə xanım kimi təqdim edən şirkət əməkdaşı Qaynar.info-nun suallarına cavab olaraq bildirdi ki, yayılan xəbərlərin heç bir əsası yoxdur və şayiədən başqa bir şey deyil.  “Sadəcə olaraq, satışda olan 2 və 1 manatlıq konturlar qurtarıb, amma sabahdan hər şey normal olacaq.”

Kəmalə xanım onu da dedi ki, konturların qiymətində hər hansı  dəyişiklik edilməsi nəzərdə tutulmur, sadəcə yeni konturların dizaynında müəyyən dəyişikliklər olacaq.”
Qeyd edək ki, “Bakcell” danışıq kartları xaricdə istehsal olunur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə